--:--:-- | 27 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Çində zəlzələdən sonra minlərlə insan təxliyə edildi

Elşən 18 May 2026 · 08:28 56 baxış

Çinin Quansi Çjuan Muxtar Rayonunda qeydə alınan 5,2 bal gücündə zəlzələ nəticəsində 7 mindən artıq sakin təhlükəsizlik məqsədilə ərazidən təxliyə olunub.

Bu barədə Nanfang Ribao qəzeti xəbər yayıb. Bildirilir ki, hadisədən sonra üç nəfərin taleyi hələ də naməlum olaraq qalır.

Yeraltı təkanlar nəticəsində azı 13 yaşayış binası ciddi şəkildə zərər görüb, dörd nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hazırda xilasedicilər bölgədə axtarış və xilasetmə işlərini davam etdirirlər.

Çin Zəlzələ Administrasiyası hadisə ilə bağlı fövqəladə reaksiya sistemində üçüncü səviyyəli xəbərdarlıq elan edib. Qeyd olunur ki, bu sistemdə birinci səviyyə ən yüksək təhlükə mərhələsi sayılır.

Zəlzələ mayın 18-nə keçən gecə Liuzhou şəhərinin Liunan rayonunda baş verib. Yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib. Təxminən 4 milyondan çox əhalisi olan şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

WUF13 Türkiyə mediasının diqqət mərkəzində

Next Article

Dayanıqlı şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan keçir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu gün Ümumdünya Qaçqınlar Günü qeyd olunur

Aysel Əlibəyli 20 İyun 2026 · 09:26 24 baxış Hər il iyunun 20-də dünyada World Refugee Day qeyd olunur. Elpress.az xəbər verir ki, BMT Baş Məclisinin 2000-ci ildə qəbul etdiyi qətnaməyə əsasən təsis edilən bu […]

Küveytdə hava zərbələrinin fəsadları aradan qaldırılır

Aysel Əlibəyli 03 İyun 2026 · 11:32 106 baxış Küveyt Beynəlxalq Hava Limanına edilən hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Küveytin Mülki Aviasiya Baş İdarəsi Küveyt Beynəlxalq Hava […]

Moskva NATO-Ermənistan hərbi təlimlərinə münasibət bildirdi

Aysel Əlibəyli 18 İyun 2026 · 18:38 72 baxış Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın NATO ilə keçirdiyi hərbi təlimlərə dair açıqlama verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın ərazisində keçirilən “Qartal tərəfdaş-2026” beynəlxalq […]

Ebola: ABŞ-dən diqqətçəkən məlumat

Aysel Əlibəyli 07 İyun 2026 · 14:00 40 baxış ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) Mərkəzi Afrikada sürətlə yayılan Ebola epidemiyası ilə bağlı narahatlıq doğuran ciddi xəbərdarlıq yayıb, virusun yayılma riskinin artdığı və beynəlxalq […]