--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Borc mübahisəsi qanla bitdi: 17 yaşlı yeniyetmə atışmada öldürüldü

Aysel Əlibəyli 26 İyun 2026 · 18:41 1114 baxış

Elpress.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərinin Ümraniye rayonunda borc məsələsi səbəbindən baş verən silahlı insident ölümlə nəticələnib.

Məlumata görə, 17 yaşlı Arda Berk Aktaş və dörd dostu qarşı tərəflə görüşmək üçün avtomobillə hadisə yerinə gəlib. Küçədə qarşılaşan tərəflər arasında əvvəlcə mübahisə yaranıb, daha sonra qarşıdurma silahlı atışmaya çevrilib.

Atəş nəticəsində Arda Berk Aktaş ağır yaralanıb. Bundan başqa, onun yanında olan bir nəfər və qarşı tərəfdən daha bir şəxs də güllə yarası alıb.

Xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparan polis təhlükəsizlik kameralarının görüntülərini incələyərək insidentdə iştirak edən 13 şübhəlini müəyyən edib. Onlardan 12-si məhkəmənin qərarı ilə həbs edilib, bir nəfər isə sərbəst buraxılıb.

İstintaq zamanı şübhəlilərin hadisədən sonra təhlükəsizlik kameralarının qeydlərini silməyə cəhd göstərdikləri müəyyənləşib. Keçirilən əməliyyatlar zamanı onların gizləndiyi ünvanlardan 3 ədəd odlu silah götürülüb.

Faktla bağlı araşdırmalar davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

BDU rəhbərliyində yeni təyinat: Mirzə Mirzəyevə yüksək vəzifə həvalə olundu

Next Article

Abşeronda motoxuliqanlara qarşı reyd: 122 nəfər məsuliyyətə cəlb edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Külək Göyçayda bir sıra ərazilərə ziyan vurub

Aysel Əlibəyli 16 İyun 2026 · 00:03 1138 baxış Göyçay rayonunda qeyri-sabit hava şəraiti bir sıra problemlərə yol açıb. Axşam saatlarında yağan leysan və müşahidə olunan güclü külək müxtəlif ərazilərdə fəsadlar törədib. Elpress.az APA-ya istinadən […]

Qaradağda anbarda yanğın: Təhlükəsizlik tədbirləri görülür

Elşən 12 May 2026 · 07:47 1118 baxış Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən anbarlardan birində baş vermiş yanğın hadisəsi ilə əlaqədar polis əməkdaşları dərhal əraziyə yönləndirilib. Elpress.az -ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin […]

Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 13:26 1046 baxış Elpress.az xəbər verir ki, Bakının Xətai rayonunda 12 yaşlı uşağın ölümü ilə nəticələnən hadisə baş verib. 2014-cü il təvəllüdlü E.C. yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən dəhlizin […]