--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Zakir Həsənov yeni ali hərbi rütbə alan zabitlərlə görüşdü

Aysel Əlibəyli 26 İyun 2026 · 17:58 1128 baxış

Elpress.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezidentin sərəncamı ilə ali hərbi rütbə verilən hərbi qulluqçularla görüş keçirib.

Tədbirdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 25 iyun 2026-cı il tarixli sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub. Daha sonra bir qrup zabitə “general-mayor” ali hərbi rütbəsi təqdim edilib.

General-polkovnik Zakir Həsənov dövlət başçısının təbriklərini yeni rütbə alan hərbi qulluqçulara çatdıraraq onlara gələcək xidmətlərində uğurlar arzulayıb, qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.

Təltif olunan zabitlər isə göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə edərək, bu etimadı layiqincə doğruldacaqlarını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hörmüzdə yeni gərginlik: SEPAH üç xarici tankerin keçidinə icazə vermədi

Next Article

Bakıdakı UFC gecəsi öncəsi həyəcan: Döyüşçülər üz-üzə gəldi, çəkidən keçdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Pezeşkianı Bişkekdə “İstisu”ya qonaq edib

Aysel Əlibəyli 31 Avqust 2026 · 21:14 1058 baxış Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Elpress.az xəbər verir ki, görüş zamanı dövlət başçıları səmimi söhbət aparıblar. Görüşdən görüntülər yayılıb. […]

YAP Xəzər rayon təşkilatının 33 illiyi qeyd olundu

Aysel Əlibəyli 21 İyul 2026 · 12:49 1086 baxış Elpress.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin […]

AQEM-in gələcəyi Astanada müzakirə olundu

Aysel Əlibəyli 23 İyul 2026 · 02:00 1062 baxış Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyində Azərbaycanın sədrliyi ilə Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib. Elpress.az xəbər verir ki, […]