--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Dayanıqlı şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan keçir

Elşən 18 May 2026 · 10:19 1151 baxış

Müasir dövrdə şəhərlərin üzləşdiyi problemlər dayanıqlı inkişaf məsələsini daha vacib edir. Belə beynəlxalq tədbirlər isə ölkələr və şəhərlər arasında təcrübə və bilik paylaşımını gücləndirən mühüm platforma rolunu oynayır.

Elpress.az-ın Azərtac-a istinadən verdili məlumata əsasən, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, Mozambikin Matola bələdiyyəsinin memarı və şəhərsalma üzrə mütəxəssisi Manuel Nhanzima bildirib.

O vurğulayıb ki, forum iştirakçılara öz təcrübələrini təqdim etməklə yanaşı, müxtəlif ölkələrdə tətbiq olunan yeni və innovativ şəhərsalma yanaşmaları ilə tanış olmaq imkanı yaradır: “Dayanıqlı şəhərlərin qurulması beynəlxalq əməkdaşlıq və ortaq yanaşma tələb edir. Biz yalnız ayrı-ayrı ölkə və ya bələdiyyə kimi deyil, qlobal birliyin üzvü olaraq düşünməliyik. Dünyada həyata keçirilən layihələri izləmək və bu imkanlardan yararlanmaq böyük əhəmiyyət daşıyır”.

Manuel Nhanzima hesab edir ki, Azərbaycan dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq gündəliyə ciddi töhfə verə bilər. Onun fikrincə, ölkə xüsusilə bilik və təcrübə mübadiləsi istiqamətində önəmli rol oynamaq potensialına malikdir. Eyni zamanda, mənzil təminatı və şəhərsalma ilə bağlı problemlərin həlli üçün maliyyə resurslarının artırılması məsələsi də əsas prioritetlərdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Çində zəlzələdən sonra minlərlə insan təxliyə edildi

Next Article

İrakli Kobaxidze WUF13 üçün Azərbaycana gəlib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Abşeron çimərliklərində sabah hava necə olacaq?

Aysel Əlibəyli 30 İyul 2026 · 16:49 1110 baxış Sabah çimərliklərdə külək güclənəcək, dəniz suyu 27 dərəcəyədək isinəcək Elpress.az xəbər verir ki, Sabah Abşeron yarımadasının çimərliklərində hava şəraitinin əsasən küləkli keçəcəyi gözlənilir.Gün ərzində şimal-qərb küləyinin […]

Sabah Bakıda 28 dərəcəyədək isti olacaq

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 13:58 1092 baxış Oktyabrın 18-də ölkə ərazisində əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi ərazilərdə səhər saatlarında duman müşahidə oluna bilər. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, […]

Lukaşenko Mehriban Əliyevanı təbrik etdi

Aysel Əlibəyli 25 Avqust 2026 · 22:03 1136 baxış Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə təbrik məktubu göndərib. Elpress.az xəbər verir ki, Lukaşenko məktubunda Mehriban Əliyevanın Azərbaycanın inkişafına verdiyi […]