--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakıdakı bayram konserti böyük coşqu yaratdı – Azərbaycan və Türkiyə hərbi orkestrləri eyni səhnədə

Aysel Əlibəyli 26 İyun 2026 · 23:10 1104 baxış

Elpress.az xəbər verir ki, 26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Bakının Fəvvarələr meydanında təntənəli konsert proqramı təşkil olunub.

Tədbirdə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun və Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestrləri çıxış ediblər.

Konsert proqramı ümummilli liderlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, həmçinin Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra hərbi orkestrlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib.

Bayram proqramında hərbi-vətənpərvərlik mahnıları, müxtəlif marşlar, eləcə də Azərbaycan, Türkiyə və dünya bəstəkarlarının əsərləri təqdim olunub. Musiqi nömrələri paytaxt sakinləri və şəhər qonaqları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ermənistan ordusunda müəmmalı ölüm: Müqaviləli hərbçi həyatını itirdi

Next Article

Kadir İnanır həyatını itirdi: Yeşilçam əfsanəsi 77 yaşında vəfat etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gəncədə 26 yaşlı şəxsin meyiti evində aşkarlanıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:19 1056 baxış Məhsəti qəsəbəsində baş verən hadisə ilə bağlı araşdırma aparılır Elpress.az xəbər verir ki, Gəncədə 26 yaşlı şəxsin meyiti yaşadığı evdə tapılıb.Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. […]

Rusiyada Azərbaycanlı fəhlə həyatını itirdi

Aysel Əlibəyli 16 İyun 2026 · 15:45 1112 baxış Rusiyada hündürlükdən düşən azərbaycanlı həyatını itirib Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Rusiyanın Ufa şəhərində ağır bədbəxt hadisə baş verib. Biləsuvar rayonunun Xırmandalı kənd sakini, 38 […]

ADAU-nun gənc əməkdaşı vəfat edib

Aysel Əlibəyli 25 İyul 2026 · 14:40 1068 baxış Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı Natəvan Quliyeva səhhətində yaranan ciddi problemlər səbəbindən vəfat edib. Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Beynəlxalq əlaqələr və […]

MTN-nin generalı dünyasını dəyişib.

Aysel Əlibəyli 01 İyun 2026 · 14:49 1127 baxış Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilmiş Kadrlar Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Əlimusa Əliyev vəfat edib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Qeyd olunur ki, Əlimusa Əliyev […]