--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Kür və Arazda təhlükə: Sululuq artır, subasma riski yaranıb

Aysel Əlibəyli 26 İyun 2026 · 14:55 1106 baxış

Elpress.az xəbər verir ki, iyunun 27-si axşam saatlarından başlayaraq 28-i səhərədək Bakıda və Abşeron yarımadasında intensiv leysan yağışlarının yağacağı proqnozlaşdırılır. Havanın ildırımlı keçəcəyi, gecə saatlarında isə yağıntının daha da güclənə biləcəyi bildirilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 28-də paytaxt və Abşeron ərazisində temperaturun nisbətən aşağı düşəcəyi gözlənilir.

Regionlarda da qeyri-sabit hava şəraiti davam edəcək. Axşam saatlarınadək fasilələrlə yağıntı müşahidə olunacaq, bəzi ərazilərdə güclü yağış, şimşək və dolu ehtimalı var.

Yağıntılar səbəbindən Kür, Araz və Qanıx çaylarında suyun səviyyəsinin yüksələcəyi gözlənilir. Bundan başqa, bir sıra dağ çaylarında qısamüddətli sel və daşqınların baş verməsi, həssas ərazilərdə isə subasma hallarının yaranması istisna edilmir.

Mütəxəssislər vətəndaşları hava şəraiti ilə bağlı diqqətli olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezidentdən səhiyyə sahəsində yeni qərar: Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradıldı

Next Article

Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni idman zalı və tibb bölməsi istifadəyə verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:02 1034 baxış Sentyabrın 13-də bəzi dağlıq ərazilərdə yağış, şimşək və dolu gözlənilir Elpress.az xəbər verir ki, Sentyabrın 13-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında […]

FHN-də Anım Gününə həsr olunmuş tədbirlər keçirilib

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:47 1038 baxış Şəhidlərin xatirəsi ehtiramla yad edilib Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrində müxtəlif tədbirlər təşkil olunub.Tədbirlər Ümummilli […]

Azərbaycanda 18 kişi hayat yoldaşının soyadını götürüb

Aysel Əlibəyli 08 Avqust 2026 · 14:35 1048 baxış Ədliyyə Nazirliyi: Cari il ərzində 18 kişi nikahdan sonra arvadının soyadını qəbul edib Elpress.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, cari il ərzində nikah […]