--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Maqnit qasırğası xəbərdarlığı: Ən təhlükəli tarixlər məlum oldu

Aysel Əlibəyli 26 İyun 2026 · 22:45 1200 baxış

Astrofiziklərin proqnozuna əsasən, iyunun son günlərində Yerə zəif və orta səviyyəli geomaqnit təsirlər gözlənilir. Bununla belə, güclü maqnit qasırğası proqnozlaşdırılmır.

Mütəxəssislərin beynəlxalq heliofizika mərkəzlərinin məlumatları əsasında hazırladığı proqnoza görə, Günəş küləyinin təsiri nəticəsində geomaqnit sahəsində müəyyən dəyişikliklər baş verəcək.

Bildirilib ki, geomaqnit aktivliyi ən yüksək həddə 26 və 27 iyun tarixlərində çatacaq. Həmin günlərdə Kp indeksi 3,7 səviyyəsində olacaq ki, bu da orta dərəcəli geomaqnit pozuntusu hesab edilir. Ən çox təsirin səhər və axşam saatlarında hiss olunacağı qeyd olunur.

Elpress.az xəbər verir ki, İyunun 28-də maqnitosferin tədricən sakitləşəcəyi və Kp indeksinin 3-ə enəcəyi gözlənilir. 29-30 iyun tarixlərində isə Günəş aktivliyi daha da azalacaq və geomaqnit sahəsi sakit vəziyyətdə qalacaq.

Mütəxəssislər vurğulayırlar ki, 3,7 bal kritik göstərici sayılmır və əksər sağlam insanlar bu dəyişiklikləri hiss etməyə bilər. Lakin meteohəssas şəxslər, yaşlılar, hamilə qadınlar və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda baş ağrısı, halsızlıq, yuxu pozuntuları, təzyiq dəyişiklikləri və əsəbilik kimi hallar müşahidə oluna bilər.

Həkimlər geomaqnit aktivliyi günlərində qəhvə, energetik və spirtli içkilərin qəbulunu azaltmağı, daha çox su içməyi, kifayət qədər yatmağı və açıq havada yüngül gəzintilər etməyi tövsiyə edirlər. Bundan başqa, günün ən isti saatlarında uzun müddət birbaşa günəş altında qalmaq məsləhət görülmür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Abşeronda motoxuliqanlara qarşı reyd: 122 nəfər məsuliyyətə cəlb edildi

Next Article

Ermənistan ordusunda müəmmalı ölüm: Müqaviləli hərbçi həyatını itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Göygöldə 64 yaşlı kişi çaya düşərək ölüb

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:40 1060 baxış Topalhəsənlidə mal-qaranı örüşə aparan kişi bədbəxt hadisə nəticəsində həyatını itirib Elpress.az xəbər verir ki, Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Hadisə Topalhəsənli kəndində qeydə alınıb. […]

Daşkəsəndə sel fəlakəti: güclü yağışlar ciddi ziyan vurdu

Aysel Əlibəyli 14 İyun 2026 · 11:23 1140 baxış Daşkəsəndə sel suları fəsad törədib: yol çöküb və ciddi dağıntılar qeydə alınıb 🌧️ Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Daşkəsəndə güclü yağışlardan sonra yaranan sel suları […]

Qaradağda oğurluq edən 3 nəfər saxlanılıb

Aysel Əlibəyli 20 İyul 2026 · 16:37 1066 baxış Qaradağda avtomobildən 19 800 manat oğurlandı Elpress.az xəbər verir ki, Qaradağ rayonunda baş verən iki ayrı oğurluq hadisəsi ilə bağlı üç nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin […]

Bakıda sərnişin avtobusu alovlandı

Aysel Əlibəyli 13 Avqust 2026 · 08:56 1052 baxış Bakıda 61 nömrəli sərnişin avtobusu yanıb Elpress.az xəbər verir ki, Hadisə Nəsimi rayonunda, Şəmsi Bədəlbəyli küçəsində, Heydər Əliyev Sarayının yaxınlığındakı avtobus dayanacağında baş verib. 61 nömrəli […]