--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Maqdeburq terrorunun təqsirləndirilən şəxsinə Almaniyada ömürlük həbs verildi

Aysel Əlibəyli 26 İyun 2026 · 18:19 1072 baxış

Almaniya məhkəməsi 2024-cü ildə Magdeburg şəhərində Milad yarmarkasında törədilən terror aktı ilə bağlı mühakimə olunan Səudiyyə Ərəbistanı vətəndaşı, 51 yaşlı Taleb əl-Əbdülmöhsən barəsində ömürlük həbs qərarı çıxarıb.

Elpress.az xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, təqsirləndirilən şəxs qəsdən adam öldürmə, adam öldürməyə cəhd və sağlamlığa ağır zərər vurma maddələri üzrə günahkar bilinib.

Məhkəmə qərarı uzun sürən araşdırma və dinləmələrdən sonra elan olunub. Proses çərçivəsində məhkəmə-tibbi ekspertiza, psixiatriya və dilçilik sahələri üzrə mütəxəssislər də daxil olmaqla səkkiz ekspertin rəyi, həmçinin 109 şahidin ifadəsi dinlənilib.

Bildirilib ki, məhkəmə iclaslarında çoxsaylı zərərçəkmişlər və onların hüquqi nümayəndələri də iştirak ediblər. İstintaq materiallarının həcmi bir neçə min səhifədən ibarət olub.

İstintaq zamanı təqsirləndirilən şəxsə şəxsiyyət pozuntusu diaqnozu qoyulsa da, onun anlaqlı olduğu və cinayət məsuliyyəti daşıdığı müəyyən edilib.

Xatırladaq ki, terror aktı 20 dekabr 2024-cü ildə baş verib. BMW markalı avtomobilin Milad yarmarkasında insanların üzərinə sürülməsi nəticəsində 6 nəfər həyatını itirib, onlarla şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Sonradan hücumun bir neçə həftə ərzində planlaşdırıldığı məlum olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zirə”də kadr dəyişikliyi: Elman Himayətoğlu idman direktoru təyin olundu

Next Article

BDU rəhbərliyində yeni təyinat: Mirzə Mirzəyevə yüksək vəzifə həvalə olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Paşinyan yenidən Baş nazir təyin olundu

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:36 1028 baxış Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın yenidən Baş nazir təyinatı haqqında fərman imzalayıb Elpress.az xəbər verir ki, Ermənistanda keçirilən parlament seçkilərindən sonra formalaşan yeni siyasi mərhələdə […]

ABŞ–İran sazişi virtual imzalanacaq

Aysel Əlibəyli 14 İyun 2026 · 12:28 1070 baxış Vaşinqton–Tehran razılaşması daha da yaxınlaşır ABŞ və İran rəsmiləri arasında davam edən gərgin danışıqlarda əldə olunan ilkin razılaşmanın yaxın günlərdə elektron imza ilə memorandum formasında rəsmiləşdirilməsi […]

Yer orbitində 33 mindən çox obyekt hərəkət edir

Aysel Əlibəyli 01 İyun 2026 · 22:02 1100 baxış Yerətrafı məkan antropogen çirklənmənin ən sürətlə artdığı sahələrdən biri olaraq qalır. “Space-Track” və ABŞ Kosmik Müşahidə Şəbəkəsinin məlumatına görə, hazırda Yer orbitində 33 min 269 obyekt […]

Tramp İrana təhdid edir, sonra isə eyni gün ərzində geri addım atır.

Aysel Əlibəyli 19 May 2026 · 11:13 1086 baxış Tramp İrana qarşı sərt təhdidlər səsləndirir, lakin eyni gün ərzində vəziyyətin gərginləşməsi və mümkün nəticələrin ağırlığını nəzərə alaraq geri çəkilərək daha ehtiyatlı mövqe sərgiləyir. Elpress.az-ın xəbərinə […]