--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Abşeronda motoxuliqanlara qarşı reyd: 122 nəfər məsuliyyətə cəlb edildi

Aysel Əlibəyli 26 İyun 2026 · 18:50 1138 baxış

Abşeron rayonunda yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən növbəti profilaktik tədbirlər keçirilib.

Elpress.az xəbər verir ki, DİN-in məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin həyata keçirdiyi reyd zamanı sakinlərin narahatlığına səbəb olan, yüksək səs effekti yaradan və sürücülük vəsiqəsi olmadan motosiklet idarə edən 122 nəfər saxlanılıb.

Yoxlamalar zamanı nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz dəyişiklik edən, əlavə işıq və səsboğucu quraşdıran 30 sürücü, yükdaşıma qaydalarını pozan 11 nəfər, piyadalara yol verməyən 18 sürücü və sərxoş vəziyyətdə avtomobil idarə edən 6 nəfər barəsində də inzibati protokollar tərtib edilib.

Bildirilib ki, Abşeron rayonunda yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması istiqamətində profilaktik və nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Borc mübahisəsi qanla bitdi: 17 yaşlı yeniyetmə atışmada öldürüldü

Next Article

Maqnit qasırğası xəbərdarlığı: Ən təhlükəli tarixlər məlum oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağdamda ağır qəza: 6 nəfər yaralandı

Aysel Əlibəyli 03 İyul 2026 · 16:52 1080 baxış Ağdam rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Elpress.az-ın Axar.az-a istinadən verdiyi məlumata əsasən, Ağdam rayonunda ciddi yol-nəqliyyat […]

Bəzi rayonlarda güclü külək müşahidə olunacaq. 🌬️

Aysel Əlibəyli 26 May 2026 · 13:44 1206 baxış Mayın 27-də bölgələr üzrə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı səviyyəli xəbərdarlıq elan edilib. 🌬️ Elpress.az-a Milli Hidrometeorologiya məlumat verir, Mingəçevir, Şəki, Zaqatala, […]