--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Küveytdə hava zərbələrinin fəsadları aradan qaldırılır

Aysel Əlibəyli 03 İyun 2026 · 11:32 1236 baxış

Küveyt Beynəlxalq Hava Limanına edilən hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Küveytin Mülki Aviasiya Baş İdarəsi Küveyt Beynəlxalq Hava Limanının əsas sərnişin terminalının (T1) İranın pilotsuz uçuş aparatları və raketləri ilə vurulmasından sonra fövqəladə hallar planının aktivləşdirildiyini açıqlayıb.Məlumata görə, hücum nəticəsində hava limanının bir neçə obyektinə ciddi ziyan dəyib, həmçinin xəsarət alanların olduğu bildirilib.Rəsmi açıqlamada qeyd olunub ki, təhlükəsizlik səbəbindən Küveyt Beynəlxalq Hava Limanından həyata keçirilən bütün uçuşlar müvəqqəti dayandırılıb. Ölkəyə gələn təyyarələr isə növbəti göstəriş verilənədək alternativ hava limanlarına istiqamətləndirilib.Hazırda texniki, təhlükəsizlik və fövqəladə hallar qrupları zərərin miqyasını müəyyənləşdirir və infrastrukturun bərpası istiqamətində işlər aparırlar. Eyni zamanda, yaralanan şəxslərin vəziyyəti nəzarətdə saxlanılır, sərnişinlərin və hava limanı əməkdaşlarının təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlər görülür.Bununla yanaşı, Küveyt Müdafiə Nazirliyi ölkə vətəndaşlarına və əcnəbi sakinlərə müraciət edərək hava hücumlarının qarşısının alınması zamanı yaranmış qalıqlara, qəlpələrə və mənşəyi bilinməyən əşyalara yaxınlaşmamağı tövsiyə edib. Nazirlik belə predmetlərin təhlükə yarada biləcəyini vurğulayaraq, onların aşkarlandığı halda aidiyyəti qurumlara məlumat verilməsini istəyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moninder Sinqh: Hindistan zikhləri fiziki məhv etməyə çalışır

Next Article

Anar Bayramovdan yeni kadr qərarı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qaqik Tsarukyan barəsində həbs qərarı verildi

Aysel Əlibəyli 07 İyul 2026 · 22:18 1206 baxış Ermənistanda müxalifət lideri həbs olundu: Məhkəmə Tsarukyan barədə qərar çıxardı Elpress.az məlumat verir ki, Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan barəsində məhkəmə tərəfindən iki […]

Makron Suriyaya rəsmi səfər edəcək

Aysel Əlibəyli 05 İyul 2026 · 17:45 1172 baxış kökündən dəyişdirilmiş formada:Fransa Prezidenti Emmanuel Makron yaxın vaxtlarda Suriyaya rəsmi səfər edəcək. Səfər zamanı iki ölkə arasında əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq. Elpress.az xəbər verir […]

Tramp Ərdoğana hörmətini ifadə edib

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 21:41 1098 baxış ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla dostluq münasibətlərindən danışıb və ona böyük hörmət bəslədiyini bildirib. Elpress.az xəbər verir ki, Tramp bu fikirləri Ağ […]

Pezeşkian: İran müqaviməti davam etdirəcək

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:09 1082 baxış İran Prezidenti ABŞ və İsrailə qarşı mübarizənin davam etdiriləcəyini açıqlayıb Elpress.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini […]