--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Hörmüzdə yeni gərginlik: SEPAH üç xarici tankerin keçidinə icazə vermədi

Aysel Əlibəyli 26 İyun 2026 · 17:46 1110 baxış

Hörmüz boğazından keçməyə cəhd göstərən azı üç xarici neft tankeri İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xəbərdarlığından sonra marşrutunu dəyişərək geri qayıdıb.

Məlumata görə, tankerlər rəsmi Tehranla razılaşdırılmadan boğazın cənub hissəsində yaradılmış alternativ marşrutdan istifadə etməyə çalışıblar. SEPAH-ın Hərbi Dəniz Qüvvələri yerli vaxtla səhər saat 04:00 radələrində xəbərdarlıq edərək bu keçidin qanunsuz və təhlükəli olduğunu bəyan edib.

Elpress.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazından təhlükəsiz keçid yalnız İran tərəfi ilə koordinasiya əsasında həyata keçirilməlidir. Onun sözlərinə görə, bu prosedur ABŞ ilə imzalanmış İslamabad Anlaşma Memorandumunun müddəalarına uyğun tənzimlənməlidir.

İranın Körfəz suları İdarəçiliyi Administrasiyası isə xəbərdarlıq edib ki, icazəsiz keçid cəhdləri zamanı naviqasiya xidmətləri dayandırıla bilər və yaranacaq nəticələrə görə məsuliyyət birbaşa gəmi sahiblərinin üzərinə düşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni idman zalı və tibb bölməsi istifadəyə verildi

Next Article

Zakir Həsənov yeni ali hərbi rütbə alan zabitlərlə görüşdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zelenski Sırskinin istefasını nəzərdən keçirir

Aysel Əlibəyli 18 İyul 2026 · 15:49 1084 baxış Zelenski Ukrayna ordusunun baş komandanını vəzifədən uzaqlaşdıra bilər Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırskinin vəzifədən kənarlaşdırılmasını nəzərdən keçirdiyi […]

İran ABŞ və İsrailə qarşı cavab planı hazırlayıb

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:06 1070 baxış Tehran mümkün hücumlara qarşı genişmiqyaslı cavab planının hazır olduğunu açıqlayıb Elpress.az xəbər verir ki, İranın ABŞ və İsrail tərəfindən mümkün hücumlara cavab vermək üçün genişmiqyaslı plan […]

Ukraynada hərbi qırıcı qəzaya uğradı

Aysel Əlibəyli 27 İyun 2026 · 16:49 1152 baxış Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi iyunun 27-nə keçən gecə Poltava vilayəti ərazisində qəzaya uğrayıb. Elpress.az xəbər verir ki, Məlumata görə, döyüş tapşırığını yerinə […]