--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

WUF13 Türkiyə mediasının diqqət mərkəzində

Elşən 18 May 2026 · 07:32 1144 baxış

Türkiyənin aparıcı televiziya kanalları, xəbər portalları, informasiya agentlikləri və çap mediası Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) barədə geniş reportajlar yayımlayıb. Materiallarda forumun beynəlxalq əhəmiyyəti və qlobal şəhərsalma siyasətinin müzakirəsi üçün mühüm platforma olduğu vurğulanıb.

Türkiyə mediasında yayılan xəbərlərdə bildirilib ki, UN-Habitat tərəfindən təşkil olunan tədbirə 182 ölkədən 42 mindən artıq iştirakçı qatılıb və Bakı şəhəri urbanizasiya, dayanıqlı inkişaf və gələcəyin şəhərləri ilə bağlı mühüm müzakirələrin mərkəzinə çevrilib.

Yazılarda Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forumun məqsədlərinin həyata keçirilməsinə Azərbaycanın töhfə verməyə hazır olduğunu bildirib. Onun fikirlərinə əsasən, tədbir beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Media materiallarında qeyd olunub ki, forum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün əlverişli imkan yaradır. Bu təşəbbüslərin müasir şəhərsalma yanaşmalarına nümunə olduğu diqqətə çatdırılıb.

Türkiyə mətbuatı həmçinin vurğulayıb ki, WUF13 Azərbaycanın böyükmiqyaslı beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını bir daha nümayiş etdirir. Xəbərlərdə iki il əvvəl Bakıda keçirilən COP29 iqlim konfransının uğurla təşkil olunması da xatırladılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyə rəsmisi bildirib ki, biz dağıtmağa yox, qurub yaratmağa üstünlük verən bir millətik.

Next Article

Çində zəlzələdən sonra minlərlə insan təxliyə edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Universitetlərə ixtisas seçiminin başlanacağı tarix açıqlandı

Aysel Əlibəyli 29 İyul 2026 · 10:21 1084 baxış Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminin başlanacağı vaxt məlum olub. Elpress.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar […]

Azad edilmiş ərazilərdə yeni xəstəxanalar layihələndirilir

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:28 1042 baxış Səhiyyə Nazirliyi xəstəxana layihələrində enerji səmərəliliyi və beynəlxalq standartları nəzərə alır Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə yeni xəstəxanaların layihələndirilməsi istiqamətində işlər davam etdirilir.Səhiyyə […]

Lukaşenko Mehriban Əliyevanı təbrik etdi

Aysel Əlibəyli 25 Avqust 2026 · 22:03 1102 baxış Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə təbrik məktubu göndərib. Elpress.az xəbər verir ki, Lukaşenko məktubunda Mehriban Əliyevanın Azərbaycanın inkişafına verdiyi […]

Azad edilmiş ərazilərdə 269 mina aşkarlanıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 16:04 1096 baxış Həftə ərzində 1 840,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə ötən həftə ərzində minatəmizləmə əməliyyatları davam […]