--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Bu gün Ümumdünya Qaçqınlar Günü qeyd olunur

Aysel Əlibəyli 20 İyun 2026 · 09:26 1136 baxış

Hər il iyunun 20-də dünyada World Refugee Day qeyd olunur.

Elpress.az xəbər verir ki, BMT Baş Məclisinin 2000-ci ildə qəbul etdiyi qətnaməyə əsasən təsis edilən bu gün müharibə, təqib və zorakılıq səbəbindən doğma yurdlarını tərk etməyə məcbur qalan insanların hüquqlarına və problemlərinə diqqət çəkmək məqsədi daşıyır.BMT-nin məlumatına görə, 2026-cı ildə Ümumdünya Qaçqınlar Günü “Hər kəs təhlükəsiz olana qədər” şüarı altında keçirilir. Hazırda dünyada 117 milyondan çox insan məcburi köçkün vəziyyətində yaşayır.Təşkilat vurğulayır ki, qaçqınların müdafiəsi yalnız humanitar məsələ deyil, həm də qlobal sabitlik və sülhün qorunmasının əsas şərtlərindən biridir. Sudandan Ukraynaya, Əfqanıstandan Suriyaya qədər müxtəlif bölgələrdə davam edən münaqişələr milyonlarla insanın həyatına təsir göstərməkdə davam edir.Qeyd olunur ki, məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli şəraitdə yaşaması və gələcəkdə öz evlərinə qayıtmaq imkanı əldə etməsi beynəlxalq ictimaiyyətin əsas öhdəliklərindən biri olaraq qalır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Neftçi” Cordan Rezabala ilə yollarını ayırıb

Next Article

Azərbaycan nefti yenidən bahalaşıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ ordusu İranda yeni əməliyyata başladı

Aysel Əlibəyli 14 İyul 2026 · 23:22 1114 baxış ABŞ qüvvələri İran ərazisində növbəti hərbi əməliyyata başlayıb. Elpress.az xəbər verir ki, bu barədə ABC News ABŞ administrasiyasındakı adının açıqlanmasını istəməyən rəsmiyə istinadən məlumat yayıb. Mənbənin […]

Mərakeşdən Avropaya kütləvi miqrant axını

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:06 1090 baxış Mərakeş İspaniya anklavlarına qanunsuz miqrasiya kəskin artmasının səbəblərini açıqladı Elpress.az xəbər verir ki, Mərakeş Daxili İşlər Nazirliyi ölkədən İspaniyaya məxsus Seuta və Melilya anklavlarına qeyri-qanuni miqrant […]