--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Almaniya Leypsiqdəki dron insidentinə görə Rusiyanı ittiham edə bilər

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:28 1074 baxış

Berlin hadisə ilə bağlı Moskvanı məsul tutmağa və yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Elpress.az xəbər verir ki, Almaniya hökumətinin Leypsiq-Halle hava limanında baş verən dron insidentinə görə Rusiyaya qarşı tədbirlər görməyi nəzərdən keçirdiyi bildirilir.“Politico”nun məlumatına görə, Berlin partlayıcı maddə ilə təchiz olunduğu bildirilən dronun hava limanında aşkarlanması ilə bağlı Rusiyanı məsul tərəf elan etməyə və bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır. Məlumatın mənbələri məsələ ilə tanış olan üç Almaniya rəsmisidir.Nəşr yazır ki, Almaniyanın mümkün addımları Avropa İttifaqı çərçivəsində hazırlanmaqda olan yeni sanksiya paketi ilə eyni vaxtda həyata keçirilə bilər. Kansler Fridrix Mertsin məsələ ilə bağlı mövqeyini yaxın günlərdə, Aİ xarici işlər nazirlərinin İrlandiyada keçiriləcək qeyri-rəsmi toplantısından əvvəl açıqlaması gözlənilir.Almaniya hökumətindən isə bildirilib ki, hadisənin kim tərəfindən törədildiyi ilə bağlı yekun qərar yalnız istintaqın nəticələri tam qiymətləndirildikdən sonra veriləcək. Rusiya tərəfi insidentdə iştirakını rədd edir.ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsində dronun Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli ola biləcəyi bildirilib. Hadisə ilə bağlı Almaniyanın Federal Baş Prokurorluğu tərəfindən də araşdırma aparılır.Bu arada Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işi davam etdirdiyi qeyd olunur. Paketə yüzlərlə fiziki və hüquqi şəxsin daxil edilməsinin nəzərdən keçirildiyi, yeni məhdudiyyətlərin oktyabrda qəbul edilə biləcəyi bildirilir. Rusiya dövlət aktivlərinin istifadəsi məsələsinin də yenidən gündəmə gətirildiyi vurğulanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Nepalda sel və torpaq sürüşmələri: 668 nəfər ölüb

Next Article

FHN-dən hava ilə bağlı əhaliyə xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İstanbulda 6 mərtəbəli bina çökdü – dağıntılar altında qalanlar var

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 08:44 1066 baxış Türkiyənin İstanbul şəhərində yaşayış binasının çökməsi nəticəsində əraziyə çoxsaylı axtarış-xilasetmə qrupları cəlb olunub. Elpress.az xəbər verir ki, hadisə şəhərin Maltepe rayonunun Cevizli məhəlləsində baş verib. Altımərtəbəli […]

Aleksandr Lapin Tatarıstanda Baş nazirin müavini olub

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:18 1126 baxış General xüsusi hərbi əməliyyat iştirakçılarına dəstək üzrə yeni struktur bölməyə rəhbərlik edəcək Elpress.az xəbər verir ki, Rusiyanın general-polkovniki Aleksandr Lapin Tatarıstanın Baş nazirinin müavini vəzifəsinə təyin […]

Dağlıq rayonlarda yağış və leysan qeydə alınıb

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:02 1056 baxış Bəzi ərazilərdə şimşək çaxıb, küləyin sürəti saniyədə 20 metrə çatıb Elpress.az xəbər verir ki, Avqustun 30-da ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq […]