Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışı davam edir.
Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev VI Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət edib.
Dövlət başçısı müraciətində “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərə diqqət çəkib. Proqramın əsas istiqamətlərindən biri azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası və sakinlərin öz yurdlarına qayıdışının təmin edilməsidir.


