--:--:-- | 15 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Yevlaxda azyaşlı oğlunun ölümünə səbəb olan ana 9 il 6 ay həbs edildi

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 19:04 1034 baxış

Yevlaxda azyaşlı oğluna ağır xəsarətlər yetirməkdə və onun ölümünə səbəb olmaqda təqsirləndirilən İlhamə Camal qızına hökm oxunub.

Elpress.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1991-ci il təvəllüdlü qadın 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına əsasən, ana azyaşlı oğlunun ağlamasına əsəbiləşərək onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Daha sonra uşağı əlləri ilə yuxarı qaldıraraq hündürlükdən taxta döşəməyə çırpıb. Xəstəxanaya yerləşdirilən Məhəmməd beş gün sonra vəfat edib.

Məhkəmədə əməlini etiraf edən qadın uşağı öldürmək niyyətinin olmadığını, onu ağladığı üçün cəzalandırmaq istədiyini bildirib.

O, ifadəsində əvvəllər rəsmi nikah olmadan dörd dəfə ailə qurduğunu və bu münasibətlərdən altı övladının dünyaya gəldiyini deyib. Qadın uşaqlarını doğulduqdan qısa müddət sonra atalarının uzaq qohumlarına verdiyini, hazırda onların harada yaşadıqlarını bilmədiyini və adlarını belə xatırlamadığını söyləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

100-dən çox Azərbaycan dövlət domeninə kiberhücum edilib

Next Article

“Şahinlərin Görüşü-2026”: Azərbaycan və BƏƏ hərbçiləri uçuşlar keçirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İstanbulda hoteldə yanğın: 12 nəfər xəsarət alıb

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:33 1052 baxış Bakırköydə altımərtəbəli hotelin birinci mərtəbəsində başlayan yanğın yuxarı mərtəbələrə yayılıb Elpress.az xəbər verir ki, İstanbulun Bakırköy rayonunda hotel binasında yanğın baş verib.Hadisə Cevizlik məhəlləsində yerləşən altı […]

Yasamalda yanğın baş verib

Aysel Əlibəyli 04 İyul 2026 · 11:07 1114 baxış Elpress.az xəbər verir ki, Bakının Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb. İlkin məlumata görə, yanğın Ümid Əkbərov küçəsi, 114 ünvanında baş verib. Hadisə yerinə Fövqəladə Hallar […]

Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ qeydə alındı

Elşən 22 Aprel 2026 · 15:57 1135 baxış Xəzər dənizi ərazisində 3,3 maqnitudalı zəlzələ baş verib. Elpress.az-ın YeniÇağ.az-a istinadən verdiyi məlumata görə, Respublika Seysmoloji Xidmət Mərkəzi bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 14:07-də qeydə […]

Kəlbəcərdə mina partlayıb, kişi yaralanıb

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:13 1064 baxış Mal-qara otaran 73 yaşlı kişi minaya düşərək xəsarət alıb Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib.Hadisə minalardan təmizlənməmiş ərazidə qeydə […]