İsrail Prezidenti İsxak Hersoq AQEM-in 7-ci Zirvə Toplantısına qatılmaq üçün Azərbaycana gəlib.
Elpress.az xəbər verir ki, İsrail lideri oktyabrın 14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb. Onu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Bakıda keçirilən sammit Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin çərçivəsində təşkil olunur.


