--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Peskov: Moskva enerji atəşkəsi təşəbbüsünü müsbət qiymətləndirir

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:31 1074 baxış

Kreml Trampın Rusiya-Ukrayna arasında enerji obyektlərinə qarşı hücumların dayandırılması təklifini dəstəkləyib

Elpress.az xəbər verir ki, Moskva ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında enerji sahəsində atəşkəs əldə olunması ilə bağlı təşəbbüsünü müsbət qiymətləndirir.Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Trampın bu istiqamətdəki açıqlamasından xəbərdardır və Moskva uzun müddətdir münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.Peskovun sözlərinə görə, neft emalı müəssisələrinin təhlükəsiz fəaliyyətinin təmin edilməsi qlobal neft məhsulları bazarında mövcud problemlərin tam həlli üçün kifayət deyil.O qeyd edib ki, əsas məsələlərdən biri neft məhsullarının ixracına tətbiq edilən məhdudiyyətlərdir. Peskov enerji təchizatına qarşı sanksiyaların aradan qaldırılmasının dünya bazarında neft məhsullarının həcmini artıraraq qiymətlərin azalmasına şərait yarada biləcəyini bildirib.Kremlin nümayəndəsi əlavə edib ki, Rusiya daxili bazarın neft məhsulları ilə təmin olunması üçün tədbirlər görür və enerji obyektlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks iş aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Türkiyə yeni enerji layihələri üzərində işləyir

Next Article

Kreml: Kosmos tam demilitarizasiya olunmalıdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkmənistan İran aviaşirkətlərinə hava məkanını bağlayıb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 15:14 1104 baxış Tehran–Düşənbə reysi geri qayıtmalı olub Elpress.az xəbər verir ki, Türkmənistan İran aviaşirkətlərinin öz hava məkanından istifadə etməsinə icazə verməyib.Məhdudiyyət səbəbindən Tehrandan Düşənbəyə uçan İran aviaşirkətinə məxsus […]

Ali Rada yeni Baş naziri təsdiqlədi

Aysel Əlibəyli 16 İyul 2026 · 13:26 1114 baxış Ukrayna parlamenti Sergey Koretskinin Baş nazir təyin olunmasına səs verib Elpress.az xəbər verir ki, Ukraynada hökumət rəhbərliyində dəyişiklik baş verib. Sergey Koretski ölkənin yeni Baş naziri […]

ABŞ və Kanada yeni ticarət razılaşması əldə edə bilməyib

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:27 1082 baxış Danışıqlarda razılıq əldə olunmayıb, Kanada ABŞ tariflərinə cavab verəcəyini açıqlayıb Elpress.az xəbər verir ki, ABŞ və Kanada arasında yeni ticarət razılaşması üzrə aparılan danışıqlar nəticəsiz başa […]

Azərbaycanlı çobanın Ermənistanda saxlanıldığı bildirilir

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 12:56 1106 baxış Azərbaycan vətəndaşının Ermənistanla dövlət sərhədini keçərək qonşu ölkənin ərazisinə daxil olduğu iddia edilir. Ermənistan mediasının yaydığı məlumata görə, həmin şəxsin Tavuş vilayətində saxlanıldığı bildirilir. Elpress.az xəbər […]