--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Şahinlərin Görüşü-2026”: Azərbaycan və BƏƏ hərbçiləri uçuşlar keçirib

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 19:14 1010 baxış

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının qatıldığı birgə təlimdə aviasiya vasitələrinin tətbiqi üzrə praktiki fəaliyyətlər yerinə yetirilib.

Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi çərçivəsində əvvəlcə şəxsi heyətə brifinq keçirilib, qarşıya qoyulan tapşırıqlar və uçuşların təşkili qaydaları dəqiqləşdirilib.

Daha sonra təyyarə və helikopterlərin iştirakı ilə uçuşlar təşkil olunub. Təlim zamanı aviasiya vasitələrinin tətbiqi və müəyyən edilmiş əməliyyatların icrası üzrə fəaliyyətlər məşq etdirilib.

Təlimin əsas məqsədi hərbi qulluqçuların peşəkar hazırlığını artırmaq, təcrübə mübadiləsini genişləndirmək və iki ölkənin hərbi bölmələri arasında birgə fəaliyyət imkanlarını təkmilləşdirməkdir.

Qeyd edək ki, “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi oktyabrın 20-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yevlaxda azyaşlı oğlunun ölümünə səbəb olan ana 9 il 6 ay həbs edildi

Next Article

İlham Əliyev İsrail Prezidenti ilə görüşüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İşə getmədən maaş almaq mümkündür

Aysel Əlibəyli 10 Avqust 2026 · 17:05 1070 baxış Təhlükəli iş şəraitində əmək funksiyasından imtina edən işçinin maaşı saxlanılır Elpress.az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, müəyyən hallarda işçi işə getmədiyi müddətdə əməkhaqqını almaqda davam […]

44 günlük Zəfərin qəhrəmanına 44 yaş

Aysel Əlibəyli 19 İyul 2026 · 16:08 1098 baxış 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, general-leytenant Babək Qurbanov bu gün 44 yaşını qeyd edir. Elpress.az xəbər verir ki, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş […]