Əli Hacının yeni kitabı oxuculara təqdim olunmağa hazırlaşır.
Elpress.az xəbər verir ki, “Payıza sür sürücü” adlanan nəşrdə müəllifin yaradıcılığına xas fəlsəfi düşüncələr, mənəvi axtarışlar və ruhani duyğular əksini tapır.
Əli Hacının şeirlərində sufilik ənənələri yalnız ayrı-ayrı termin və anlayışlarla deyil, bütöv bir mənəvi aləmin poetik ifadəsi kimi təqdim olunur. Bu yanaşmada Mahmud Şəbüstəri, Şihabəddin Sührəvərdi, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Yunus Əmrə, Məhəmməd Füzuli və Xətainin düşüncə dünyasından gələn izlər diqqət çəkir.
Müəllif klassik ədəbi ənənələrlə yanaşı, sərbəst şeir formasından da istifadə edərək daxili duyğularını və düşüncələrini fərqli poetik üslubda ifadə edir.


