--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Nepalda sel və torpaq sürüşmələri: 668 nəfər ölüb

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:26 1072 baxış

Çin sərhədi yaxınlığındakı fəlakətdə minlərlə insan itkin düşüb

Elpress.az xəbər verir ki, Nepalın Çinlə sərhəddə yerləşən ərazilərində baş verən güclü sel və torpaq sürüşmələri ağır nəticələrə səbəb olub. Təbii fəlakət nəticəsində ölənlərin sayının 668 nəfərə çatdığı bildirilir.“Sky News”un məlumatına görə, təxminən 2500 nəfərin taleyi hələ də məlum deyil. Fəlakətdən zərər çəkən ərazilərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.Daşqınlar nəticəsində çoxsaylı körpülər dağılıb, avtomobil yollarına ciddi ziyan dəyib. Xilasetmə əməliyyatlarının həyata keçirilməsi üçün helikopterlərdən də istifadə olunur. Minlərlə insan təhlükəli ərazilərdən çıxarılıb, yardım və xilasetmə işlərinə 15 minə yaxın təhlükəsizlik əməkdaşı cəlb edilib.ABŞ Geoloji Xidmətinin məlumatında qeyd olunur ki, fəlakətdən əvvəl ərazidə 5,2 bal gücündə seysmik hərəkət qeydə alınıb. Mütəxəssislər isə hadisənin dağlıq ərazidə buzlaqların çökməsi və qopan buz kütlələrinin yaratdığı uçqunla əlaqəli olduğunu bildirirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zimbabvedə ağır qəza: 25 nəfər ölüb

Next Article

Almaniya Leypsiqdəki dron insidentinə görə Rusiyanı ittiham edə bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tokayev: Hərbçilərə xilasetmə jiletləri verilməyib

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:32 1066 baxış Qazaxıstan lideri Xəzərdəki təlimlər zamanı lazımi avadanlığın təmin edilmədiyini açıqlayıb Elpress.az xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hərbçilərin lazımi […]

Lavrov: Almaniya yenidən müharibə istəyir

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:56 1036 baxış Rusiya XİN rəhbəri Leypsiq hava limanındakı insidentlə bağlı ittihamları “əsl müharibənin başlanğıcı” adlandırıb Elpress.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın Rusiyaya qarşı […]

Müharibə Çernobılın vəhşi təbiətini yenidən təhlükəyə atır

Aysel Əlibəyli 25 May 2026 · 12:24 1141 baxış Rusiyanın apardığı müharibə Çernobıldakı vəhşi təbiət qoruğunu təhlükə altında qoyur. Elpress.az-ın məlumatına görə, Nüvə fəlakətindən sonra insanların tərk etdiyi ərazi təcrid zonası olaraq qalaraq zamanla vəhşi […]