--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyev və Şavkat Mirziyoyev əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 22:09 1012 baxış

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Elpress.az xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri nəzərdən keçirilib.

İlham Əliyev avqust ayında Özbəkistana etdiyi dövlət səfərini xatırladaraq, həmin səfər çərçivəsində əldə olunan razılaşmaların icrası və əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarının müzakirə olunduğunu bildirib.

Şavkat Mirziyoyev isə Azərbaycanın inkişafını qardaş Özbəkistan xalqının məmnunluqla qarşıladığını qeyd edib. O, Azərbaycanın AQEM-ə sədrliyini və təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsini ölkənin beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirərək İlham Əliyevi təbrik edib.

Görüşdə ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsinin artması müsbət hal kimi vurğulanıb. Energetika, investisiya, tikinti, nəqliyyat-logistika, yüngül sənaye, geologiya və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi, eləcə də mədəni-humanitar əlaqələrin inkişafı diqqət mərkəzində olub.

Dövlət başçıları, həmçinin beynəlxalq və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İstanbulda leysan həyatı iflic edib: yolları və metro stansiyalarını su basıb

Next Article

Hövsanda məktəb mühafizəçisi döyülüb, əməliyyat olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fərid Şəfiyev Mərkəzin İdarə Heyətinin sədri təyin edilib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 20:30 1058 baxış Elpress.az xəbər verir ki, Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bununla bağlı Prezident tərəfindən müvafiq sərəncamlar […]