Almaniyadan readmissiya proseduru çərçivəsində 32 Azərbaycan vətəndaşı ölkəyə geri qəbul edilib.
Elpress.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Qurumun bildirdiyinə görə, geri qaytarılan şəxslərin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və cəmiyyətə uyğunlaşmalarının dəstəklənməsi üçün reinteqrasiya tədbirləri həyata keçirilir.
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini əlaqələndirdiyi İşçi Qrup bu şəxslərin sosial-iqtisadi həyata dayanıqlı şəkildə qayıdışına kömək məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə çalışır.


