--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

FHN-dən hava ilə bağlı əhaliyə xəbərdarlıq

Aysel Əlibəyli 30 Avqust 2026 · 11:53 1056 baxış

Güclü yağış, külək və ildırım gözlənilir: FHN təhlükəsizlik qaydalarını açıqladı

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, avqustun 30-u axşamdan sentyabrın 1-dək ayrı-ayrı ərazilərdə intensiv yağış, güclü külək və şimşək müşahidə oluna bilər. Bəzi dağ çaylarında qısamüddətli sel və daşqınların baş verməsi də istisna edilmir.FHN sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, təhlükə yarandıqda isə daha yüksək ərazilərə çəkilməyi tövsiyə edib. Güclü külək zamanı müvəqqəti və yüngül konstruksiyalardan, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq dayanmaq çağırışı edilib.Nazirlik kiçikhəcmli gəmilərin belə hava şəraitində dənizə çıxmamasını, güclü külək zamanı isə çimərliklərdə suya girməməsini də tövsiyə edib.İldırım çaxarkən elektrik cihazlarının şəbəkədən ayrılması, açıq ərazidə elektrik xətləri, antenalar və hündür ağaclardan uzaq durulması, avtomobildə olan şəxslərin isə hərəkəti dayandıraraq ildırımın keçməsini gözləməsi məsləhət görülüb.FHN təhlükə ilə üzləşən şəxslərə 112 qaynar xəttinə müraciət etməyi xatırladıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Almaniya Leypsiqdəki dron insidentinə görə Rusiyanı ittiham edə bilər

Next Article

Azərbaycan XİN Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah bu ərazilərdə elektrik enerjisi kəsiləcək

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 22:02 1066 baxış Bakının bəzi ərazilərində aparılacaq təmir işləri ilə əlaqədar sabah elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Elpress.az xəbər verir ki, elektrik təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək işlər Bayramov, […]

FHN Lənkəranda texniki təhlükəsizliklə bağlı seminar keçirib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:03 1060 baxış Sənaye müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə olunub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Lənkəran […]

İyunun 24-dən hava dəyişir – yağış, şimşək və dolu ehtimalı var

Aysel Əlibəyli 23 İyun 2026 · 17:14 1122 baxış Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit olacaq. Bildirilib ki, 25-i səhərədək yarımadanın bəzi ərazilərində arabir yağışlar, […]