Türkiyənin İstanbul şəhərində güclü yağış nəqliyyatda və şəhər infrastrukturunda ciddi problemlərə səbəb olub.
Elpress.az xəbər verir ki, Meteorologiya Baş İdarəsinin xəbərdarlığından sonra səhər saatlarında başlayan leysan getdikcə intensivləşib.
Bir sıra rayonlarda yolları su basıb, bəzi avtomobillər suyun içində qalıb. Yağışın təsiri metro stansiyalarında və xəstəxanalardan birində də hiss olunub, həmin ərazilərə su dolub.


