--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda Ukraynanın 24 universitetini bir araya gətirən təhsil sərgisi keçirildi

Aysel Əlibəyli 08 İyul 2026 · 16:20 1110 baxış

Bakıda Ukraynanın aparıcı ali təhsil müəssisələrinin iştirakı ilə genişmiqyaslı təhsil sərgisi təşkil olunub.

Elpress.az xəbər verir ki, tədbir Ukrayna Təhsil və Elm Nazirliyinin Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi və Ukraynanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Hyatt Regency otelində baş tutub.

Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti İB-nin sədr müavini, “Alijanov Group” MMC-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Fürqan Abdullazadənin sözlərinə görə, sərgidə Ukraynanın 24 ali təhsil müəssisəsi təmsil olunub.

İştirakçılar universitetlərin təhsil proqramları, qəbul qaydaları, Erasmus+ akademik mobillik imkanları və beynəlxalq ikili diplom proqramları barədə ətraflı məlumat əldə ediblər.“Alijanov Group” MMC-nin təsisçisi Nəsib Alicanov bildirib ki, tədbirin rəsmi açılışında diplomatik korpusun nümayəndələri, təhsil sahəsinin təmsilçiləri, ali məktəb rəhbərləri, abituriyentlər və valideynlər iştirak ediblər.

Sərgi çərçivəsində ziyarətçilər universitet nümayəndələri ilə birbaşa görüşərək onları maraqlandıran suallara cavab almaq imkanı qazanıblar.“INGEK” Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Rüfət Mirzəyev isə qeyd edib ki, tədbirdə Ukraynada təhsil almaq istəyən əcnəbi tələbələr üçün nəzərdə tutulmuş rəqəmsal qəbul sistemi də təqdim olunub.

Bildirilib ki, bu sistem qəbul prosesinin daha şəffaf, sadə və əlçatan şəkildə həyata keçirilməsinə xidmət edir.

Qeyd olunub ki, sərgi Azərbaycan gənclərinin Ukraynada ali təhsil imkanları ilə yaxından tanış olmasına, eyni zamanda iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın və beynəlxalq akademik əlaqələrin inkişafına mühüm töhfə verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Baş nazirlər arasında maraqlı “söz atışması”

Next Article

Şəhidlərin adı Cəlilabadın xəritəsinə həkk olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nazir: Azərbaycanda hər 3 nəfərdən 2-si oxuduğunu anlamır

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 12:32 1046 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda şagirdlərin oxuduğunu anlama bacarığı ilə bağlı ciddi pedaqoji problem müşahidə olunur. Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı […]

Sabah 3 rayonda qaz təchizatında fasilə olacaq

Aysel Əlibəyli 30 Avqust 2026 · 19:35 1042 baxış Bakının Xətai, Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində müvəqqəti fasilə yaranacaq.Elpress.az xəbər verir ki, payız-qış mövsümünə hazırlıq, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və […]

Musiqidən təsirlənən insanların fərqli xüsusiyyəti

Aysel Əlibəyli 21 İyul 2026 · 14:58 1072 baxış Musiqi dinləyərkən bədənin ürpəşməsi beynin xüsusi reaksiyası ola bilər Elpress.az xəbər verir ki, bəzi insanlar musiqi dinləyərkən bədənlərinin ürpəşməsi və tüklərinin biz-biz olması hissini yaşayırlar. Mütəxəssislər […]