--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Nazir: Azərbaycanda hər 3 nəfərdən 2-si oxuduğunu anlamır

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 12:32 1072 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanda şagirdlərin oxuduğunu anlama bacarığı ilə bağlı ciddi pedaqoji problem müşahidə olunur.

Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı bildirib ki, xüsusilə Bakı üzrə oxu savadlılığı göstəricilərində geriləmə qeydə alınıb.Nazirin sözlərinə görə, məsələ yalnız Azərbaycan üçün deyil, region üçün də xarakterikdir. O qeyd edib ki, nəticələrin yaxın illərdə 500 bala çatdırılması real görünməsə də, 2033-cü ilədək bu göstəriciyə nail olmaq mümkündür.Emin Əmrullayev diqqətə çatdırıb ki, PISA araşdırmalarının nəticələrinə əsasən, Azərbaycanda üç nəfərdən təxminən ikisi oxuduğunu tam anlamır.Nazir problemin həlli üçün müəllimlərin seçimi və sertifikatlaşdırılması prosesində oxu bacarıqlarına daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Onun fikrincə, yalnız qrammatika və dil qaydalarını yoxlayan suallarla bu istiqamətdə ciddi dəyişiklik əldə etmək mümkün deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mərkəzi Bank bu günün valyuta məzənnələrini açıqlayıb

Next Article

Media və Yayım Şurasına yeni sədr və üzvlər təyin edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

M4 yolunun Cəngi hissəsində təhlükəsizlik tədbiri görülüb

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 13:46 1080 baxış M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində sürücülərin diqqətini artırmaq və nəqliyyat vasitələrinin sürətini azaltmaq məqsədilə yol nişanlanması aparılıb. Elpress.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat […]