--:--:-- | 11 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Baş nazirlər arasında maraqlı “söz atışması”

Aysel Əlibəyli 08 İyul 2026 · 15:23 1104 baxış

Ankarada keçirilən NATO sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Keir Starmer və Norveçin Baş naziri Jonas Gahr Støre İngiltərə–Norveç oyunu öncəsi zarafatyana dialoqla diqqət çəkiblər.

Elpress.az xəbər verir ki, NATO sammiti çərçivəsində baş tutan görüş zamanı hər iki ölkənin hökumət başçıları milli komandalarının formalarında bir araya gələrək səmimi söhbət ediblər. Görüşün görüntüləri Norveçin Baş naziri Jonas Gahr Støre tərəfindən “X” sosial şəbəkəsində paylaşılıb.Söhbət zamanı Støre 1981-ci ildə Norveçin İngiltərə üzərində qazandığı yaddaqalan qələbəni xatırladaraq, həmin oyundan sonra səslənən məşhur radio şərhini zarafatla yada salıb. Bu eyhama cavab olaraq Keir Starmer İngiltərənin indiyədək yeganə dünya çempionluğunu 1966-cı ildə, Leyboristlər Partiyasının hakimiyyətdə olduğu dövrdə qazandığını vurğulayaraq, bu dəfə də uğurun onların tərəfində olacağına inandığını bildirib.Səmimi və yumor dolu söhbətin sonunda hər iki lider qarşıdakı oyunun maraqlı keçəcəyini qeyd edib, bir-birlərinə uğurlar arzulayıblar.Qeyd edək ki, İngiltərə ilə Norveç arasında keçiriləcək dünya çempionatının 1/4 final qarşılaşması iyulun 12-də, saat 01:00-da start götürəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kənan Seyidovun birinci müavini təyin olundu

Next Article

Bakıda Ukraynanın 24 universitetini bir araya gətirən təhsil sərgisi keçirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan voleybolçuları Latviyada bürünc medal qazandı

Aysel Əlibəyli 12 İyul 2026 · 21:56 1102 baxış Azərbaycanın 20 yaşadək çimərlik voleybolu üzrə oğlanlardan ibarət komandası Latviyada keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edərək mükafatçılar sırasında yer alıb. Elpress.az xəbər verir ki , Latviyanın […]

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazandı

Aysel Əlibəyli 10 Oktyabr 2026 · 18:59 1030 baxış Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən dünya çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Elpress.az xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda İnal […]

Çempionlara rəsmi təbrik: Sevinc dalğası

Aysel Əlibəyli 05 İyun 2026 · 15:41 1196 baxış Mehriban Əliyeva Avropa çempionu adını qazanan Azərbaycan minifutbol yığması ilə bağlı sevincini ifadə edərək komandanı uğurlu nəticə münasibətilə səmimi şəkildə təbrik edib. Mehriban Əliyeva öz “X” […]

DÇ-2026: ABŞ turnirdə ilk matçına çıxır

Aysel Əlibəyli 12 İyun 2026 · 19:39 1112 baxış DÇ-2026: B qrupunun oyunlarına start verilir DÇ-2026: ABŞ Paraqvaya qarşı ilk sınağına çıxır ⚽Ev sahibi ölkələrdən biri olan ABŞ milli komandası turnirdə ilk oyununu Paraqvay yığmasına […]