--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Müəllimlər üçün vahid geyim qaydası tətbiq ediləcək – yeni tələblər təsdiqlənir

Aysel Əlibəyli 22 İyul 2026 · 17:08 1132 baxış

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq.

Elpress.az xəbər verir ki, Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişiklikdə öz əksini tapıb.Yeni qaydalara əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsil verənlər üçün geyimlə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.

Eyni zamanda, valideynlərin və digər qanuni nümayəndələrin vəzifələri sırasına övladlarının məktəbdə müəyyən edilmiş geyim qaydalarına riayət etməsini təmin etmək də daxil edilib.

Qanun dəyişikliyinə əsasən, müəllimlərin geyimi ilə bağlı vahid standartların hazırlanması nəzərdə tutulur.

Nazirlər Kabineti iki ay müddətində bu tələbləri təsdiq edərək Prezidentə məlumat təqdim etməlidir.Yeni qərarın təhsil müəssisələrində vahid peşəkar görünüşün formalaşdırılmasına və məktəblərdə nizam-intizamın gücləndirilməsinə xidmət edəcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rezidenturaya qəbulun II mərhələsi üçün qeydiyyat başlayır – Tarixlər açıqlandı

Next Article

İZİA və Sumqayıt Dövlət Universiteti yeni əməkdaşlıq mərhələsinə hazırlaşır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DİN-in tabeliyindəki üç uşaq bağçası BŞTİ-yə təhvil verildi

Aysel Əlibəyli 06 Avqust 2026 · 11:14 1088 baxış Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən üç məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib. Elpress.az xəbər verir ki, bu barədə BŞTİ məlumat […]

Binəqədi RİH-də vəzifə dəyişiklikləri: yeni təyinatlar

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 13:31 1123 baxış Binəqədi Rayon İcra Hakimiyyətində bir neçə əməkdaşın vəzifəsi dəyişdirilib. Elpress.az xəbər verir ki, icra başçısı Elxan Allahverdiyevin imzaladığı əmrlərlə Namiq İbadzadə Xocəsən qəsəbəsi üzrə inzibati ərazi […]

Məktəblilərin payız tətilinin tarixləri açıqlanıb

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 21:43 1130 baxış Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində payız tətili noyabrın 16-da başlayacaq. Elpress.az xəbər verir ki, 2026/2027-ci tədris ili üzrə payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Tətilin […]

Yeni agentliyin mətbuat katibi təyin olundu

Aysel Əlibəyli 07 Avqust 2026 · 11:51 1084 baxış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, bu barədə […]