--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan Gürcüstandan avtomobil idxalında ilk beşlikdə

Aysel Əlibəyli 21 İyul 2026 · 12:58 1096 baxış

Elpress.az xəbər verir ki, bu ilin ilk altı ayında Azərbaycan Gürcüstandan 82,8 milyon ABŞ dolları dəyərində 2 456 ədəd minik avtomobili idxal edib.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana avtomobil idxalının dəyəri 35,6 faiz, sayı isə 1,8 dəfə azalıb.Yanvar–iyun aylarında Gürcüstandan ümumilikdə 938 milyon ABŞ dolları dəyərində 38 759 ədəd minik avtomobili ixrac olunub. Bu ixracın 6,34 faizi Azərbaycanın payına düşüb.

Hesabat dövründə Azərbaycan Gürcüstandan ən çox avtomobil idxal edən ölkələr arasında beşinci yerdə qərarlaşıb. Siyahıya Qazaxıstan (13 068 ədəd), Qırğızıstan (10 701 ədəd), İran (5 086 ədəd) və Tacikistan (2 966 ədəd) başçılıq edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

YAP Xəzər rayon təşkilatının 33 illiyi qeyd olundu

Next Article

“Vital Hospital”la bağlı iddialar araşdırılır – Səhiyyə Nazirliyi açıqlama yaydı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanlı jurnalistlər İsrail telekanalında olublar

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:19 1072 baxış Media-tur çərçivəsində jurnalistlər “Channel 12”nin xəbər istehsalı prosesi ilə tanış olublar Elpress.az xəbər verir ki, İsraildə keçirilən media-turda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin aparıcı kommersiya xəbər […]

Tez yuxuya getmək həmişə yaxşı əlamət deyil

Aysel Əlibəyli 24 İyul 2026 · 16:06 1086 baxış Mütəxəssislər yuxuya çox tez getməyin səbəbini açıqlayıblar Elpress.az xəbər verir ki, Mütəxəssislərin fikrincə, sağlam insanın yuxuya getməsi adətən 10-20 dəqiqə çəkir. Əgər insan hər dəfə yatağa […]

Məktəblərin ətrafında nəzarət GÜCLƏNDİRİLİR

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 11:18 1050 baxış Elpress.az xəbər verir ki, yeni tədris ilinin başlamasına sayılı günlər qalmış Bakıdakı məktəblərin ətrafında yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər artırılıb. Bakı Şəhər Dövlət Yol […]