Almaniyanın Mülheim şəhərində keçirilən WFMC Dünya çempionatında azərbaycanlı idmançı Rəvan Abbaszadə birinci yeri tutub.
Oktyabrın 3-də təşkil olunan yarışda soydaşımız kikboksinqin K-1 versiyası üzrə rəqiblərini geridə qoyaraq dünya çempionu tituluna sahib çıxıb.
Rəvan Abbaszadə qələbəsini Azərbaycan bayrağını dalğalandırmaqla qeyd edib. Almaniyada yaşayan idmançının beynəlxalq arenada qazandığı uğur soydaşlarımız arasında qürurla qarşılanıb.


