--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Məktəblərin ətrafında nəzarət GÜCLƏNDİRİLİR

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 11:18 1066 baxış

Elpress.az xəbər verir ki, yeni tədris ilinin başlamasına sayılı günlər qalmış Bakıdakı məktəblərin ətrafında yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər artırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına görə, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraiti nəzarətə götürülüb.Tədris ilinin başlanması ilə həmin ərazilərdə avtomobil və piyada sıxlığının artacağı nəzərə alınaraq, yol hərəkətinin təşkili vəziyyəti araşdırılır, nişanlar və yol nişanlanmaları yoxlanılır.Məktəblərin qarşısındakı piyada keçidləri, yol nişanları və digər texniki vasitələrin vəziyyətinə də xüsusi diqqət yetirilir. Aşkarlanan çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Görülən işlərin əsas məqsədi şagirdlərin məktəbə gedib-gəlməsi zamanı yol təhlükəsizliyinin təmin edilməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda ekspres avtobuslarla bağlı YENİLİK

Next Article

2027-ci ilin sonuna 11 yeni enerji stansiyası şəbəkəyə qoşulacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xarici diplomatlar Qarabağ Universitetinə səfər ediblər

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:57 1066 baxış Diplomatik nümayəndələr universitetdə yaradılan təhsil infrastrukturu ilə tanış olublar Elpress.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura təşkil olunan iki […]

Zaqatalada sel təhlükəsinə qarşı genişmiqyaslı tədbirlər davam edir

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:09 1072 baxış Zaqatala rayonunda dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət […]