--:--:-- | 02 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

1960-cı ilin araşdırmasında 13 noyabr 2026 “Qiyamət günü” kimi göstərilib

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 10:21 1014 baxış

1960-cı ildə nüfuzlu “Science” jurnalında dərc olunan bir araşdırma 66 il sonra yenidən dünya mediasının diqqət mərkəzinə düşüb. Tədqiqatda insan əhalisinin artım tempi ilə bağlı riyazi hesablamalar aparılıb və 13 noyabr 2026-cı il xüsusi tarix kimi göstərilib.

Elpress.az xəbər verir ki, araşdırma “Doomsday: Friday, 13 November, A.D. 2026” (“Qiyamət günü: 13 noyabr 2026, cümə”) başlığı ilə yayımlanıb. Məqalənin müəllifləri Heinz von Foerster, Patricia M. Mora və Lawrence W. Amiot olub.

Alimlər həmin dövrə qədər əldə olunan dünya əhalisi məlumatlarını riyazi model əsasında təhlil edərək, artımın əvvəlki sürətlə davam edəcəyi halda müəyyən bir vaxtda əhali sayının nəzəri olaraq sonsuzluğa yaxınlaşacağını hesablayıblar.

Tədqiqatda bunun insanlığın ciddi problemlərlə üzləşməsinə səbəb ola biləcəyi vurğulanıb və mövzu olduqca dramatik ifadələrlə təqdim edilib. Araşdırmanın müəllifləri insanların aclıqdan deyil, həddindən artıq sıxlıqdan əziyyət çəkə biləcəyi barədə xəbərdarlıq ediblər.

Lakin sonrakı illərdə real demoqrafik göstəricilər həmin hesablamanın proqnozlaşdırdığı trayektoriyadan uzaqlaşıb. Xüsusilə 1990-cı illərdən etibarən dünya əhalisinin artım tempi əvvəlki gözləntilərlə müqayisədə zəifləyib. Hazırkı demoqrafik məlumatlar 13 noyabr 2026-cı ildə dünyanın sona çatacağını göstərmir.

Mövzu hazırda yenidən gündəmə gəlsə də, ekspertlərin diqqət çəkdiyi əsas məqam həmin tarixin dəqiq “qiyamət günü” olması deyil. Araşdırma elmi hesablamaların necə sensasion başlıq və təqdimatla ictimaiyyətə çatdırıla biləcəyinə dair maraqlı nümunə kimi qiymətləndirilir.

Qeyd edək ki, 13 noyabr 2026-cı il üçün Vyanada “Qiyamət günü” proqnozlarının elmi əsaslarını və müasir demoqrafik vəziyyəti müzakirə edən xüsusi konfransın keçirilməsi də planlaşdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Azeri Light” bahalaşdı – Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşdı

Next Article

YAP-ın VIII Qurultayı keçirilir – 960 nümayəndə iştirak edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

15 Sentyabr: Bakıdan Təbrizə uzanan azadlıq düşüncəsi

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 11:38 1094 baxış Elpress.az xəbər verir ki, 15 sentyabr — Bakının 1918-ci ildə Azərbaycan qüvvələri tərəfindən azad edildiyi gün — Azərbaycan tarixində milli dövlətçilik və suverenlik baxımından mühüm hadisələrdən […]

Avqustun 20-də bu ərazilərdə işıq kəsiləcək

Aysel Əlibəyli 19 Avqust 2026 · 23:58 1108 baxış Avqustun 20-də Azərbaycanın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Elpress.az xəbər verir ki, “Azərişıq” ASC-dən verilən məlumata görə, fasilələr elektrik şəbəkələrində aparılacaq […]