--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Xalq artisti Zaur Rzayev vəfat etdi

Aysel Əlibəyli 29 Oktyabr 2026 · 20:16 1018 baxış

Azərbaycanın Xalq artisti, tanınmış müğənni Zaur Rzayev 74 yaşında dünyasını dəyişib.

Elpress.az xəbər verir ki, bu barədə “Report”a sənətçinin oğlu Azər Rzayev məlumat verib.

Sənətçi Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırdı. Oktyabrın 27-də onun vəziyyətinin kritik-ağır olduğu bildirilmişdi.

Zaur Rzayev 1952-ci il yanvarın 28-də anadan olub. O, Bakı Kitabxanaçılıq Texnikumunda, Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsində təhsil alıb.

Uzun illər Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblında solist və bədii rəhbər kimi fəaliyyət göstərən sənətçi Azərbaycan musiqi mədəniyyətinin tanınmış nümayəndələrindən biri olub.

Zaur Rzayev 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Eldar Əzizovdan yeni təyinat

Next Article

Bakıda dayəyə verilən uşaq öldü: Anadan ürəkdağlayan sözlər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qaradağda insan kapitalının inkişafına həsr olunan konfrans keçirilib

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 14:36 1070 baxış Elpress.az xəbər verir ki, Qaradağ rayonunda insan kapitalının inkişafı və müasir idarəetmə yanaşmalarına həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil edilib. Tədbirdə müxtəlif sahələr üzrə mütəxəssislər insan […]

Əli Hacıdan yeni şeir

Elşən 07 İyul 2026 · 11:06 1158 baxış Yazar Əli Hacı yeni şeirini sosial şəbəkədə paylaşıb. Elpress.az olaraq şeiri təqdim edirik: Mən ki,yuxu görmürəmYuxu yozasan mənə !Gedib Tanrı olmadın,Tale yazasan mənə ! Gizlədim çox sözümü,Abır-həya […]

Elçin Əlibəyli kitab sərgiləri ilə bağlı təkliflərini açıqlayıb

Aysel Əlibəyli 25 Oktyabr 2026 · 21:53 1058 baxış Kitab sərgilərində elmi və elmi-kütləvi nəşrlərin təbliğinin gücləndirilməsi, eləcə də kitabların rəqəmsal formatlarda təqdim olunması gənclərin mütaliəyə marağını artıra bilər. Elpress.az xəbər verir ki, bu barədə […]

Sami Yusif Qarabağa həsr etdiyi yeni əsərini təqdim edib

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 21:31 1098 baxış Dünya şöhrətli müğənni və bəstəkar Sami Yusif beş illik fasilədən sonra Qarabağa həsr olunan “Qarabağımsan” (“Bülbül diyarı”) layihəsini dinləyicilərə təqdim edib. Elpress.az xəbər verir ki, sənətçi […]