--:--:-- | 29 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Aysel Əlibəyli 05 İyun 2026 · 10:50 1275 baxış

Tacikistanın paytaxtı Düşənbə şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul baş tutub.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Tacikistanın hökumət və parlament nümayəndələri, diplomatik korpus üzvləri, işgüzar dairələrin təmsilçiləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.Mərasim Azərbaycan və Tacikistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və onun Şərqdə ilk demokratik respublika kimi əhəmiyyətindən danışıb.Diplomat müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yoluna toxunaraq, ölkənin siyasi, iqtisadi və beynəlxalq mövqeyinin möhkəmləndiyini bildirib. O, son illərdə əldə olunan uğurlar, həyata keçirilən iri layihələr və Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi etməsi barədə məlumat verib.Səfir çıxışında Vətən müharibəsi və sonrakı dövrdə ölkənin ərazi bütövlüyünün təmin olunmasını, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərini də diqqətə çatdırıb. Həmçinin mina təhlükəsi və itkin düşmüş şəxslərlə bağlı məsələlər barədə tədbir iştirakçılarına məlumat verilib.Tədbir çərçivəsində Azərbaycan-Tacikistan münasibətlərini əks etdirən sərgi nümayiş olunub, ölkəmizin tarixi, mədəniyyəti və inkişafını əks etdirən videoçarxlar təqdim edilib.Mərasimin bədii hissəsində Tacikistanın tanınmış opera ifaçılarından biri tərəfindən Azərbaycan musiqi nümunələri səsləndirilib. Qonaqlara milli mətbəximizin müxtəlif təamları da təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezident minifutbol millimizin Avropa çempionluğu ilə bağlı paylaşım edib.

Next Article

Azərbaycan enerji sahəsində regionun aparıcı ölkələrindən biri olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazandı

Aysel Əlibəyli 26 İyul 2026 · 19:09 1164 baxış Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu çıxışı ilə diqqət çəkib. Elpress.az […]

Azərbaycanlı media rəhbərinə Bişkekdə fəxri ad və medal verildi

Aysel Əlibəyli 26 Oktyabr 2026 · 10:46 1190 baxış Azərbaycanlı media rəhbəri Aqil Ələsgər Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən beynəlxalq jurnalistlər toplantısında təltif olunub. O, Türk dünyasında media əməkdaşlığının inkişafına və Azərbaycan-Qırğızıstan mətbuat əlaqələrinin möhkəmləndirilməsinə verdiyi […]

AzTU-da beynəlxalq müsabiqə: qalibə Berlin imkanı

Aysel Əlibəyli 03 İyul 2026 · 21:27 1230 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) və Alman Akademik Mübadilə Xidmətinin birgə təşkilatçılığı ilə universitetdə “Falling Walls Lab” beynəlxalq müsabiqəsi keçirilib. Tədbirin açılışında çıxış […]