Göyçayda sosial şəbəkədə paylaşdığı qeyri-etik məzmuna görə qadın inzibati məsuliyyətə cəlb olunub.
Elpress.az xəbər verir ki, Göyçay şəhər sakini, 1993-cü il təvəllüdlü Fidan Hümbətova TikTok platformasında yayımladığı videolara görə polis tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə iş başlanılıb və materiallar Göyçay Rayon Məhkəməsinə göndərilib. Həmin maddə internetdə ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən davranışlara görə məsuliyyət müəyyən edir.
Məhkəmənin qərarı ilə Fidan Hümbətovaya 500 manat məbləğində cərimə tətbiq edilib.


