--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Almaniyada azərbaycanlı boksçulardan iki qələbə

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 20:55 1014 baxış

Almaniyada keçirilən həvəskar boks turnirində “Odlar Yurdu” klubunun iki idmançısı rəqiblərini məğlub edib.

Elpress.az xəbər verir ki, Saksoniya-Anhalt əyalətində, “Aşersleben” Boks Klubunun təşkilatçılığı ilə baş tutan “Falkensteiner Box Gala” yarışında Maqdeburqda fəaliyyət göstərən “Odlar Yurdu” klubunu üç boksçu təmsil edib.

50 kiloqram çəki dərəcəsində Angelo Halili, 60 kiloqramda Dmitro Turkulets, 70 kiloqramda isə Oliver Rzeszutek mübarizə aparıb. Turkulets və Rzeszutek öz qarşılaşmalarından qalib ayrılıblar. Angelo Halilinin nəticəsi barədə məlumat açıqlanmayıb.

Klub rəhbəri Azad Əzizov qazanılan qələbələrin 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunduğunu bildirib. Onun sözlərinə görə, belə yarışlar gənc idmançıların təcrübə toplaması və hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından da əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyə rəsmiləri Azərbaycanda bayraqla bağlı iddialara aydınlıq gətirdi

Next Article

Hökməli–Qobu–Güzdək yolunda hərəkət dayandırılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Marneulidə azərbaycanlı şagirdlər üçün tarixi tədbir keçirilib

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 20:10 1014 baxış Gürcüstanın Marneuli şəhərindəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar maarifləndirici görüş təşkil olunub. Elpress.az xəbər verir ki, tədbirdə şagirdlərə […]

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Aysel Əlibəyli 05 İyun 2026 · 10:50 1253 baxış Tacikistanın paytaxtı Düşənbə şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul baş tutub. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Tacikistanın […]

Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazandı

Aysel Əlibəyli 26 İyul 2026 · 19:09 1134 baxış Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu çıxışı ilə diqqət çəkib. Elpress.az […]