Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Elpress.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, magistral qaz kəmərində aşkarlanan sızmanın aradan qaldırılması məqsədilə oktyabrın 30-da saat 10:00-dan etibarən təmir işlərinə başlanılacaq. İşlər başa çatanadək hər iki rayonun bir sıra küçələrində qazın verilişində qısamüddətli fasilə yaranacaq.
Qaz təchizatının bərpa olunması təmir işlərinin yekunlaşmasından asılı olacaq.


