--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Rumıniyadan Rusiyaya sərt addım: Baş konsulluq bağlanır

Aysel Əlibəyli 29 May 2026 · 17:42 1238 baxış

Rumıniya hökuməti Rusiyanın Konstansa şəhərində fəaliyyət göstərən Baş Konsulluğunu bağlamaq və baş konsulu “persona non grata” elan etmək qərarı verib.

ELPRESS.az Azərtac-a istinadən verdiyi məlumata görə, bu barədə Rumıniya Prezidenti Nicușor Dan Ali Milli Müdafiə Şurasının iclasında açıqlama verib.Qərarın qəbuluna səbəb mayın 29-na keçən gecə Qalats şəhərində yaşayış binasına pilotsuz uçuş aparatının çırpılması olub.Rumıniya rəsmilərinin bildirdiyinə əsasən, hadisə nəticəsində partlayış və yanğın qeydə alınıb. Hadisə zamanı bir qadın və onun körpəsi yüngül xəsarət alaraq xəstəxanaya aparılıb. Təhlükəsizlik məqsədilə binada yaşayan təxminən 70 nəfər sakin ərazidən çıxarılıb.Rumıniyanın xarici işlər naziri Oana Țoiu sosial media hesabında paylaşdığı açıqlamada Rusiyanın Rumıniyadakı səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını qeyd edib.Kremlin sözçüsü Dmitry Peskov isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin hadisə ilə bağlı məlumatlandırılıb.Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zakharova isə TASS-a açıqlamasında Moskvanın Buxarestin qərarına qısa müddətdə cavab verəcəyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan millisi böyük turnirdə meydana çıxır

Next Article

Qeyri-sabit hava ilə bağlı yeni xəbərdarlıq yayıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sahibə Qafarova ABŞ-a səfər edib

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 18:18 1066 baxış Milli Məclisin sədri parlament nümayəndə heyətinə rəhbərlik edir Elpress.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar […]

Fərid Şəfiyev Mərkəzin İdarə Heyətinin sədri təyin edilib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 20:30 1076 baxış Elpress.az xəbər verir ki, Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bununla bağlı Prezident tərəfindən müvafiq sərəncamlar […]

Sahibə Qafarova PAİ Assambleyasında çıxış edib

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 10:39 1084 baxış Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyasının ümumi müzakirələrində Azərbaycanın mövqeyini səsləndirib. Elpress.az xəbər verir ki, Aruşa şəhərində baş tutan tədbirdə […]