--:--:-- | 03 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

QDTİB rəhbəri: Azərbaycan etibarlı tərəfdaşdır

Aysel Əlibəyli 02 İyul 2026 · 11:09 1082 baxış

Azərbaycan bazarların əlaqələndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir.

Elpress.az xəbər verir ki, Bu fikirləri Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Sərhat Köksal Bakıda keçirilən QDTİB Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində təşkil olunan Biznes Forumda səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın karbohidrogen ehtiyatlarından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın təşviqi və regional əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar ölkədə investisiya və əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Sərhat Köksal bildirib ki, QDTİB ilə Azərbaycan arasında əməkdaşlıq artıq 20 ildən çoxdur qarşılıqlı etimad, ortaq məqsədlər və özəl sektorun inkişafına əsaslanan tərəfdaşlıq prinsipləri üzərində formalaşıb.O qeyd edib ki, bu müddət ərzində Bank maliyyə institutları, istehsal, ticarət, energetika və digər sahələri əhatə edən çoxsaylı layihələri maliyyələşdirərək yeni iş yerlərinin yaradılmasına, rəqabətqabiliyyətliliyin artırılmasına və dayanıqlı iqtisadi artımın dəstəklənməsinə mühüm töhfə verib.

QDTİB prezidenti Biznes Forumun yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının dəyərləndirilməsi və işgüzar əlaqələrin genişləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayaraq, tədbirin Azərbaycanın gələcək iqtisadi inkişafına əlavə töhfələr verəcəyinə əminliyini ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda bu yollarda nəqliyyat sıxlığı müşahidə olunur

Next Article

Bu istiqamətdə əlavə qatar reysləri istifadəyə verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda yeni Braziliya səfiri işə başladı

Aysel Əlibəyli 04 İyun 2026 · 18:41 1188 baxış 4 iyun tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəyə yeni təyin olunmuş Braziliya səfiri Bernard Klinqli ilə görüş keçirib. Görüş zamanı diplomat öz missiyasına başlaması […]

Haber Global Azərbaycanın antiterror əməliyyatından süjet hazırladı

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 09:55 1100 baxış Elpress.az xəbər verir ki, Türkiyənin “Haber Global” telekanalı Azərbaycanın dövlət suverenliyinin bərpası məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatından bəhs edən süjet yayımlayıb. Süjetdə Azərbaycan Prezidenti, […]

Daşkənd Azərbaycan və Özbəkistan bayraqları ilə bəzədilib

Aysel Əlibəyli 23 Avqust 2026 · 11:22 1060 baxış Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri öncəsi Daşkənddə hazırlıq işləri görülüb. Elpress.az xəbər verir ki, şəhərin əsas küçələri və mərkəzi əraziləri Azərbaycan və Özbəkistanın dövlət […]