--:--:-- | 02 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

İlham Əliyev: “Azərbaycan xalqı təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayır”

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 18:36 1012 baxış

Prezident İlham Əliyev Azərbaycanın hazırda sabitlik və təhlükəsizlik baxımından əlverişli şəraitdə olduğunu bildirib.

Elpress.az xəbər verir ki, dövlət başçısı bunu Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, müasir dünyada sülh və sabitlik şəraitində yaşamaq böyük sərvət hesab oluna bilər. Onun sözlərinə görə, bu baxımdan Azərbaycan reallıqları fərqlənir və ölkədə daxili risklərin mövcud olmadığını söyləmək mümkündür.

İlham Əliyev vurğulayıb ki, təhlükəsizlik məsələləri daim diqqətdə saxlanılmalıdır. O bildirib ki, mövcud risklərin əsas hissəsi ölkə sərhədlərindən kənarda formalaşır.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan müstəqil siyasət yürüdür və ölkənin güclənməsi ona qarşı təzyiqlərin artmasına səbəb ola bilər. O qeyd edib ki, Azərbaycan özünə qarşı yönələn hər bir təzyiqə adekvat cavab verir.

Prezident həmçinin ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Bildirib ki, xüsusilə internet, kiberməkan və süni intellektin geniş yayıldığı indiki dövrdə ideoloji təxribatlardan qorunmaq mühüm məsələdir.

İlham Əliyev bunun əsas yollarından biri kimi təhsilin rolunu qeyd edib. Onun sözlərinə görə, xalqın bilik və savad səviyyəsi yüksəldikcə müxtəlif yalan və təxribat xarakterli məlumatların təsirinə düşmə ehtimalı da azalır.

Dövlət başçısı vətənpərvərliyin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin xalqın milli qürur mənbəyi olduğunu bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Misir Mərdanov “Şərəf” ordeninə layiq görüldü

Next Article

Siqaret qaçaqmalçılığında təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rumıniyadan Rusiyaya sərt addım: Baş konsulluq bağlanır

Aysel Əlibəyli 29 May 2026 · 17:42 1202 baxış Rumıniya hökuməti Rusiyanın Konstansa şəhərində fəaliyyət göstərən Baş Konsulluğunu bağlamaq və baş konsulu “persona non grata” elan etmək qərarı verib. ELPRESS.az Azərtac-a istinadən verdiyi məlumata görə, […]

Bu gün Beynəlxalq Parlamentarizm Günüdür

Aysel Əlibəyli 30 İyun 2026 · 16:17 1106 baxış Elpress.az xəbər verir ki, hər il iyunun 30-u dünyada Beynəlxalq Parlamentarizm Günü kimi qeyd olunur. Bu əlamətdar gün 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci […]

Bakıda Estoniyanın səfirliyi fəaliyyətə başladı

Aysel Əlibəyli 11 İyun 2026 · 23:43 1130 baxış Azərbaycan və Estoniya arasında keçirilən siyasi məsləhətləşmələr zamanı Estoniyanın ölkəmizdə fəaliyyətə başlayan səfirliyinin əhəmiyyəti vurğulanıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan və Estoniya […]

44 günlük Zəfərin qəhrəmanına 44 yaş

Aysel Əlibəyli 19 İyul 2026 · 16:08 1086 baxış 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, general-leytenant Babək Qurbanov bu gün 44 yaşını qeyd edir. Elpress.az xəbər verir ki, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş […]