İran ABŞ ilə diplomatik danışıqları bərpa etmək ehtimalını istisna etmir, lakin bunun üçün Vaşinqtonun səmimi mövqe nümayiş etdirməsini və ədalətli razılaşmaya hazır olduğunu sübut etməsini istəyir.
Elpress.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, Tehran tərəflər arasında etimadın bərpasına və qarşılıqlı məqbul razılaşmanın əldə olunmasına yönələn real addımlar görəcəyi təqdirdə diplomatiyaya yenidən fürsət verməyə hazırdır.
Əraqçi eyni zamanda Vaşinqtonu hərbi qarşıdurma yolunu seçməməyə çağırıb. Onun sözlərinə görə, ABŞ diplomatik həll əvəzinə müharibəyə üstünlük verərsə, əvvəlki təcrübələrdən daha ağır strateji məğlubiyyətlə üzləşə bilər.


