Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru vəzifəsinə Elçin Məmmədov gətirilib.
Elpress.az xəbər verir ki, bu barədə cəmiyyətin Mətbuat Xidməti məlumat yayıb.
Təyinat qurumun Müşahidə Şurasının ilk iclasında qəbul edilən qərara əsasən həyata keçirilib. İclasda Regional Su Meliorasiya Xidmətinin publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi və yeni hüquqi statusun regionlarda su təchizatının idarə edilməsinə mümkün təsirləri müzakirə olunub.
Bundan əvvəl Regional Su Meliorasiya Xidmətinin sədr müavini vəzifəsində çalışan Elçin Zahid oğlu Məmmədov bundan sonra QSC-nin icraçı direktoru kimi fəaliyyət göstərəcək.
Digər qərara əsasən, xidmətin keçmiş sədri Zakir Bəybala oğlu Quliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri təyin edilib.


