--:--:-- | 24 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını təbrik edib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:05 1028 baxış

Prezident Salman bin Əbdüləziz Al Səuda Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik məktubu göndərib

Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik məktubu ünvanlayıb.Dövlət başçısı məktubunda Səudiyyə Ərəbistanı Kralını və onun simasında ölkə xalqını 23 Sentyabr – Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik edib və xoş arzularını çatdırıb.Prezident Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin ortaq mənəvi dəyərlər, dini-mədəni bağlılıqlar, dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf etdiyini qeyd edib.Məktubda iki ölkə arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə genişləndiyi vurğulanıb. Enerji, o cümlədən alternativ və bərpaolunan enerji sahəsində Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə tərəfdaşlığın genişləndiyi bildirilib.İlham Əliyev Azərbaycan və Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığını və qarşılıqlı dəstəyini də qeyd edib.Prezident iki ölkə xalqları arasında mövcud qardaşlıq münasibətlərinin və tərəfdaşlığın gələcək illərdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.İlham Əliyev Səudiyyə Ərəbistanı Kralına möhkəm cansağlığı, uzun ömür və dövlət fəaliyyətində uğurlar, ölkə xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Pul baratları üzrə müsbət saldo 751 milyon dollar olub

Next Article

Bakıda sürücü sükan arxasında ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İranda Milli Birlik Vurğusu: Parçalanma Yoxdur

Elşən 24 Aprel 2026 · 09:46 1116 baxış İranın prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəmməd Bager Qalibaf ölkədə milli həmrəyliyin möhkəm şəkildə qorunduğunu, cəmiyyətdə heç bir parçalanma olmadığını bəyan ediblər. Elpress.az APA-ya istinadən xəbər […]

Zelenskidən Azərbaycanla bağlı bəyanat

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:02 1060 baxış Volodimir Zelenski: “Müstəqil Azərbaycanla güclü münasibətlər qurmalıyıq” Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiklərini bəyan edərək, müstəqil Azərbaycanla […]