--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Uitkoff: Tramp Ukraynada davamlı sülhə nail olmaq istəyir

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 21:19 1018 baxış

ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinin başa çatdırılması və uzunmüddətli sülh razılaşmasının əldə olunması istiqamətində səylərini davam etdirir.

Elpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X” sosial şəbəkəsində paylaşım edib.

Uitkoff bildirib ki, qarşıda görüləsi mühüm işlər qalsa da, Tramp müharibəyə son qoymaq və gələcək nəsillərin təhlükəsizliyini təmin edəcək davamlı razılaşmaya nail olmaq niyyətindədir.

Bu açıqlama Vaşinqtonun Ukrayna müharibəsinin nizamlanması istiqamətində diplomatik təmasları intensivləşdirdiyi vaxt səslənib. Oktyabrın 21-də Uitkoff Rusiyanın Sankt-Peterburq şəhərində Prezident Vladimir Putinlə görüşərək münaqişənin həlli ilə bağlı təklifləri müzakirə edib. Bundan əvvəl isə Norveçin paytaxtı Osloda Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa nümayəndələri ilə danışıqlar aparılıb.

Məlumatlara görə, tərəflər arasında sülh təşəbbüslərinin irəlilədilməsi istiqamətində müzakirələr davam edir. Bununla belə, müharibənin dayandırılması üçün yekun razılaşmanın əldə olunması hələ qarşıda duran əsas vəzifələrdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Cəlil Məmmədquluzadənin muzeyinə 1915-ci ilin nadir jurnalı verildi

Next Article

Regional Su Meliorasiya QSC-yə yeni rəhbər təyin olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya daha bir qəsəbəyə nəzarəti ələ keçirdi

Aysel Əlibəyli 21 İyul 2026 · 15:58 1086 baxış Rusiya ordusu Xarkov vilayətində Voloxovskoye qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb Elpress.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Ukraynada daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini […]

Kadırov NATO ölkələrini hədələdi

Aysel Əlibəyli 18 İyul 2026 · 15:52 1156 baxış Kadırov NATO ölkələrinə qarşı sərt çağırış etdi Elpress.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya silah və kəşfiyyat dəstəyi göstərən NATO ölkələrinə qarşı sərt bəyanatla […]

Rusiya MN: Ukraynaya bir həftədə 9 zərbə endirilib

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:17 1088 baxış Rusiya Müdafiə Nazirliyi Ukraynada 14 yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb Elpress.az xəbər verir ki, Nazirlik həmçinin Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində və Donetsk vilayətinin Dobropillya bölgəsində […]