--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Ərdoğan İlham Əliyevi Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə dəvət etdi

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 20:48 1014 baxış

Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Elpress.az xəbər verir ki, söhbət zamanı iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəmdəki məsələlər müzakirə olunub.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq prinsiplərinə söykənən əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə İlham Əliyevi bir daha təbrik edib.

Türkiyə Prezidenti həmçinin Azərbaycan dövlət başçısını Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşündə iştirak etmək üçün dəvət edib.

İlham Əliyev telefon danışığına və yubiley münasibətilə ünvanlanan təbriklərə görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü çatdırıb. Azərbaycan Prezidenti də iki ölkə arasındakı qardaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə inamını ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kirayə mənzil mexanizmində yeni qaydalar qüvvəyə minib

Next Article

Diaspor Komitəsi xaricdə təhsil alan məzunlarla görüşüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev: Mərkəzi Asiya ilə əlaqələr prioritetdir

Aysel Əlibəyli 31 İyul 2026 · 12:41 1090 baxış Prezident: Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdəndir Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə xüsusi önəm […]

Leyla Əliyeva Aşqabadda üçtərəfli görüşdə iştirak edib

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 17:48 1044 baxış Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabadda ekoloji təşəbbüslər və uşaqların rifahı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Elpress.az xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla […]

Rubiodan İrana sərt mesaj: Hərbi seçim gündəmdən çıxmayıb

Aysel Əlibəyli 24 May 2026 · 23:56 1134 baxış ABŞ dövlət katibi Marco Rubio Vaşinqtonun İrana qarşı hərbi əməliyyatların yenidən gündəmə gəlməsi ehtimalını istisna etmədiyini açıqlayıb. O, bu fikirləri India Today telekanalına müsahibəsində səsləndirib.Rubio bildirib […]

Danimarkada 4 partiyalı yeni hökumət quruldu

Aysel Əlibəyli 02 İyun 2026 · 11:31 1180 baxış Mette Frederiksen 69 gün davam edən və Danimarka tarixinin ən uzun koalisiya danışıqları nəticəsində dörd partiyalı yeni hökumətin formalaşdırıldığını açıqlayıb. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, […]