Azərbaycanda 2026–2027-ci illərin payız-qış mövsümü üçün mövsümi qripə qarşı peyvəndləmə kampaniyasına oktyabrın 21-dən başlanılması nəzərdə tutulur.
Elpress.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, əhalinin qrip və digər respirator infeksiyalardan qorunması məqsədilə bu il də ölkəyə müvafiq vaksinlər gətirilib.
Peyvənd olunmaq xüsusilə qripin ağırlaşmaları baxımından risk qrupuna daxil olan şəxslərə tövsiyə edilir. Bunlara səhiyyə işçiləri, hamilə qadınlar, həmçinin 6 aylıqdan yuxarı, xroniki tənəffüs sistemi xəstəlikləri olan şəxslər daxildir.
Nazirlik bildirir ki, vaksinasiya xəstəlikdən qorunmaq və onun yarada biləcəyi ağırlaşmaların qarşısını almaq üçün əsas profilaktik vasitələrdən biridir.
Vətəndaşlar qripə qarşı peyvəndi ödənişsiz şəkildə yaşayış və ya iş yerləri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində vurdura bilərlər.


