Ülvi Mehdiyev Nelsi Rakel Munar Xaramiyo ilə dövlət xidmətləri sahəsində əməkdaşlığı müzakirə edib
Elpress.az xəbər verir ki, Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo arasında görüş keçirilib.Görüş zamanı Ülvi Mehdiyev səfirə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə edilən nəticələr barədə məlumat verib.Tərəflər dövlət xidmətləri sahəsində Azərbaycan Dövlət Agentliyi ilə Kolumbiyanın müvafiq qurumu arasında imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində görülən işləri və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələri müzakirə ediblər.Səfər çərçivəsində Kolumbiya səfiri “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar “ASAN xidmət” və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olub.


