--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyev və Vladimir Putin regional məsələləri müzakirə ediblər

Aysel Əlibəyli 28 İyul 2026 · 13:02 1108 baxış

Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Elpress.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və beynəlxalq gündəmdə yer alan aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.Danışıq zamanı Azərbaycan və Rusiya arasında müxtəlif istiqamətlər üzrə qarşılıqlı əlaqələrin davamlı inkişaf etdiyi vurğulanıb.

Həmçinin hökumətlər və aidiyyəti qurumlar arasında dialoqun aktiv şəkildə davam etdirildiyi qeyd olunub.Prezidentlər ikitərəfli münasibətlərin gələcəkdə də qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Bu baxımdan mövcud tərəfdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir birliyi nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yasamalda yol infrastrukturu yenilənir: Asfaltlanma işləri davam edir

Next Article

Bakıda güclü külək faciəyə səbəb oldu – Sınan ağac budağı qadını yaraladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Türkmənistan arasında konsulluq görüşü keçirilib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:03 1082 baxış İki ölkə vətəndaşlarının hüquqlarının qorunması və viza rejiminin sadələşdirilməsi müzakirə olunub Elpress.az xəbər verir ki, Sentyabrın 2-də Aşqabad şəhərində Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında […]

Şuşa Bəyannaməsi qardaşlığın sarsılmaz simvoludur

Aysel Əlibəyli 15 İyun 2026 · 15:27 1162 baxış 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin yeni […]