--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Prezident İlham Əliyev Mərakeş Kralını milli bayram münasibətilə təbrik edib

Aysel Əlibəyli 30 İyul 2026 · 11:11 1106 baxış

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Krallığının milli bayramı münasibətilə Kral VI Məhəmmədə təbrik məktubu göndərib.

Elpress.az xəbər verir ki, dövlət başçısı məktubunda Mərakeş xalqına səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Mərakeş arasında dostluq münasibətlərinin tarixi əsaslara söykəndiyini vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Məktubda qeyd olunub ki, qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylər bundan sonra da davam etdiriləcək.

Dövlət başçısı Kral VI Məhəmmədə möhkəm cansağlığı, fəaliyyətində uğurlar, Mərakeş xalqına isə əmin-amanlıq və rifah arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xətai rayonundakı poliklinikanın baş həkimi vəzifəsindən azad edilib

Next Article

Bakı metrosunda gecə saatlarında qatarların hərəkətində qısamüddətli fasilə yaranıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ermənistan məhkəməsi TRIPP sazişinə hüquqi qiymət verdi

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:06 1084 baxış Konstitusiya Məhkəməsi Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq sənədinin əsas müddəalarını konstitusiyaya uyğun hesab edib Elpress.az xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsi ABŞ-la TRIPP layihəsi çərçivəsində […]

Ermənistan rəsmiləri TRIPP layihəsi ilə bağlı Zəngəzura səfər ediblər

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 12:49 1166 baxış Ermənistan hökumətinin nümayəndələri TRIPP marşrutunun infrastruktur layihələrinin hazırlanması və növbəti mərhələlərin müəyyənləşdirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün Sünik bölgəsinə gediblər. Elpress.az xəbər verir ki, oktyabrın […]

Ramiz Mehdiyevin ev həbsi ilə bağlı iddialara aydınlıq gətirildi

Aysel Əlibəyli 10 İyun 2026 · 18:25 1174 baxış Dövlətçilik əleyhinə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş qətimkan tədbirinin müddəti artırılıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi […]